İŞ TƏŞKİlat halinda olmalidir


Məsuliyyət daşımaq, vəzifəyə önəm verməmək



Yüklə 466,17 Kb.
səhifə59/80
tarix07.01.2022
ölçüsü466,17 Kb.
#84886
1   ...   55   56   57   58   59   60   61   62   ...   80
5. Məsuliyyət daşımaq, vəzifəyə önəm verməmək

Özümüzü gələcək üçün, hər yerdə və hər növ xidmətə hazırlamalıyıq. Qabaqcadan özümüz üçün xidmət edəcəyimiz bir yer seçməyək və müəyyənləşdirməyək. İnqilabın əvvəlindən mən özüm belə olmuşam və belə düşünmüşəm. İmam Xomeyni gəlmək istəyəndə biz Tehran universitetində etiraza qalxmışdıq. Yaxın dostlarımızdan bəziləri ilə birlikdə fəaliyyət göstərirdik. Hamısı inqilaba böyük xidmətlər göstərdi, bəziləri də şəhid oldu. Şəhid Behişti, şəhid Mütəhhəri, şəhid Bahünər, əziz qardaşımız cənab Haşimi, mərhum Rəbbani Şirazi, mərhum Rəbbani Əmləşi ilə bir yerdə otururduq və müxtəlif məsələlər haqqında məşvərət edirdik. Deyirdik ki, İmam iki-üç gün sonra, ya da, məsələn, sabah Tehrana daxil olacaq. Bizim lazımi hazırlığımız yoxdur. Gəlin, təşkilatlanaq ki, İmam gələndə, müraciət edənlər çoxalanda, işlər hər tərəfdən bura yönələndə özümüzü itirməyək. O zaman hələ heç dövlət haqqında söhbət getmirdi.

Biz İnqilab Şurasının üzvü idik. Bəziləri o zaman bunu bilmirdilər. Hətta bəzi dostlar, mərhum Rəbbani Şirazi və ya mərhum Rəbbani Əmləşi bilmirdilər ki, biz neçə nəfər İnqilab Şurasının üzvüyük.

Biz bir yerdə işləyirdik, hələ dövlət haqqında söhbət getmirdi. Söhbət İmamın dəftərxanasından gedirdi. İmam gələndə işlər çoxalacaqdı. Dedik ki, toplaşaq və bunun üçün təşkilatlanaq. Bir gün günorta vaxtı bir saat təyin etdik və bir otağa toplaşdıq. İşləri bölməkdən söz düşdü. Orada dedim ki, mənim məsuliyyətim çay paylamaq olsun. Hamı təəccübləndi. Necə yəni? Çay? Dedim, bəli! Mən yaxşı çay dəmləyə bilirəm. Bu sözü deyəndə iclasda qəribə vəziyyət yarandı. Ola bilər ki, insan desin ki, məsələn, müaciət edənlərlə mən məşğul olacağam. Biz, bu təşkilatı bir yerdə idarə etmək istəyirik. Haraya təyin olunsaq, orada üzərimizə düşən işin öhdəsindən gəlsək, yaxşıdır.

Bu mənim əhvali-ruhiyyəmdir. Əlbəttə, orada o sözü dedim, amma bilirdim ki, çay hazırlamaq işini mənə tapşırmayacaqlar. Məni orda oturub, çay süzməyə qoymayacaqlar. Amma doğrudan da, iş o yerə çatsaydı, desəydilər ki, çay hazırlamaq sənlikdir, bunu edərdim. Əbamı bir kənara qoyar, qollarımı çırmalayar, üzərimə düşən işi görərdim. Bu təklifi söz olsun deyə etmədim. Doğrudan da bu işə hazır idim.

Mən bu əhvali-ruhiyyə ilə gəlmişəm və dəfələrlə dostlara demişəm ki, mən bir otağa girəndə “bu kreslo mənə məxsusdur”, - deyən adam deyiləm. Əgər boş olsa, gedib oturaram. Əgər boş olmasa, küsüm, bayıra çıxım, yox, əsla! Mənim heç bir otaqda xüsusi bir kreslom yoxdur. Mən otağa girəcəyəm, harada boş yer olsa, orada oturacağam. Əgər təşkilat hiss etsə ki, bura mənim üçün deyil, başqa kresloda oturmalıyam, oturacağam. Əgər gördüyüm işi münasib görsələr, onu yerinə yetirəcəyəm. Ola bilər ki, bunu demək çox da asan olmasın. Ola bilər ki, başqa cür başa düşülsün. Amma doğrudan da qənaətim budur. İnqilab üçün belə olmalıyıq. Qabaqcadan hansı vəzifəni tutacağımızı müəyyən etməyək. O vəzifəni bizə verəndə də gedib oturaq, sevinək və deyək ki, bu bizim haqqımız idi. O vəzifə olmadıqda isə bizə zülm olunduğunu bildirək, qəbul etməyək, küsək və çıxıb gedək. Mən əvvəldən belə əhvali-ruhiyyədə olmamışam və belə olmağa səy də göstərməmişəm. İnqilabçı təşkilatlarda bizim vəzifəmiz budur.

İmam dünyasını dəyişməzdən öncə prezidentlik müddətim başa çatırdı. Çoxlu müraciət olundu. Mənə bəzi vəzifələri təklif edirdilər. Məsuliyyəti olmayan şəxslər öz fikirlərincə bu vəzifələri mənə layiq bilirdilər. Amma mən deyirdim ki, əgər bir zaman İmam mənə vacib etsə və hansısa işi yerinə yetirməyimi istəsə, İmamın əmri vacib olduğu üçün onu yerinə yetirəcəyəm. Amma boynuma məsuliyyət düşməsə, mən İmamdan xahiş edəcəyəm ki, mənə vəzifə verməsin və mən mədəni işlərlə məşğul olum.

Təkcə bu zaman kəsiyində yox, hər zaman hazır olun ki, inqilab sizdən lazımi istiqamətdə istifadə etsin. Bunu yadigar olaraq saxlayın. Sağ, ağıllı, şüurlu bir insandan ən yaxşı istifadə odur ki, nərdivan kimi olsun. Kimsə ayağını onun çiyninə qoysun, əli bir yerə çatsın və bir iş görə bilsin. Bunun nə eybi var? Əgər inqilabın və ölkənin xeyri bundadırsa, belə işləmək lazımdır.

Siz əziz qardaşlarıma məsləhətim budur ki, harada olursanız olun, inqilabın hansısa işə ehtiyacı duyduğunu hiss etsəniz, onu yerinə yetirin.1

Cəbhədə birinə deyirlər ki, xərəyi götür və yaralıları daşı! Birinə deyirlər ki, RPG vur, birinə deyirlər ki, get, bax, kiminsə gəldiyini görsən, bizə xəbər ver! Beləliklə, hər kəsin işi var. Belə ki, kim üzərinə düşən işi yerinə yetirməsə, cəbhədə məğlub olarlar. Deyə bilmərik ki, bu nə işdir mənə tapşırırsınız? Get yaralıları götür, daşı! Əslində, yaralıları daşımaq öz yerində RPG vurmaqdan az iş deyil.

İslam Respublikasında harada olsanız, oranı dünyanın mərkəzi hesab edin. Hesab edin ki, bütün işlər sizdən asılıdır. İmamın vəfatından bir neçə ay öncə məndən daim soruşurdular ki, prezidentlik müddətin sona çatandan sonra nə işlə məşğul olmaq istəyirsən? Mənim özümün mədəni işlərə marağım çoxdur. Fikirləşirdim ki, prezidentlik müddətim sona çatandan sonra bir kənara çəkilim və mədəni işlərlə məşğul olum. Məndən belə soruşanda deyirdim ki, əgər İmam mənə Zabulun1 polis rəisinin siyasət və əqidə məsələləri üzrə müavini olmağı tapşırsa, hətta kiçik bir qrupa başçı təyin etsə, mən ailə-uşağımı götürüb oraya gedəcəyəm. And olsun Allaha, bunu düz deyirəm. Səmimi qəlbdən deyirdim. Yəni mənim üçün Zabul dünyanın mərkəzi olardı, mən orada siyasət və əqidə məsələləri üzrə fəaliyyət göstərərdim. Fikrimcə, işləmək, zəhmət çəkmək və çalışmaq lazımdır. Bu halda Uca Allah işlərimizə bərəkət verəcək.2


Yüklə 466,17 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin