Bir təşkilatın işi nə qədər sürətli və əhatəli olsa, o qədər daimi olar. İctimai təşkilatlar işləyərkən həyatdadırlar. Siz bir hərbi birləşməyə hərəkət, proqram və əmr verməsəniz, bir ay bir yerdə qalsa, öz-özünə məhv olar. Kiminsə onu ləğv etməsi lazım deyil, bu, öz-özünə baş verər. Komandirin nəfəsi bütün hərbi birləşmədə hiss olunur, onları hərəkətə gətirir, ruhlandırır və onların kollektiv həyatını qoruyur. Siz bu işi görün, öz birliyinizdə elə çalışın ki, onun hərəkəti daimi olsun, nə vaxtsa parçalanıb dağılacağı heç kimin ağlına gəlməsin.2
Mən dəfələrlə söyləmişəm ki, İmdad komitəsi nümunəvi bir qurumdur, onda xidmət ruhiyyəsi güclüdür. Bu cəhətdən ona bənzəyən çox az təşkilatımız var. Əsl səbəbi onların görmək istədiyi işdir. Onlar işə başlamaq üçün çox az büdcə sərf edirlər. Bəzi idarələrdə işin hazırlığına özündən çox pul xərclənir; məsələn, yersiz səfərlər, yersiz işəgötürmələr, lüzumsuz idarə işləri, mənasız və məqsədsiz şəkildə şöbələri artırmaq...1
Dostları ilə paylaş: |