2. Üstün istedadları seçmək və cəzb etmək
Üçüncü iş də var və o yaxşı və parlaq istedadları axtarmaqdan, onları düzgün və ədalətli şəkildə seçməkdən və təşkilata cəlb etməkdən ibarətdir. Buna heç bir şübhə etməyin.
İndi bütün ölkə üzrə kütləvi - kiçik məktəbli cəmiyyətlərindən tutmuş, tələbə və daha yuxarı cəmiyyətlərə qədər - maraqlı bir iş başlanmışdır. Ölkədə minlərlə mərkəz yaradılmışdır. Tehranda və digər bir çox şəhərlərdə çox sayda belə mərkəzlər mövcuddur. Bunlar hamısı mübarizə aparmaq vəzifəsini hiss edirlər. Bir neçə il öncə irəli sürdüyümüz və bəzilərinin tənqid etdiyi “mədəni ekspansiya” məsələsini xoşbəxtlikdən, bunlar qəbul etdilər və müzakirəyə çıxartdılar. İndi bütün kiçik təşkilatlarda vahid bir istiqamət mövcuddur və o, mədəni ekspansiyaya qarşı mübarizə aparmaqdır. Uşaqlardan soruşursan ki, nə etmək istəyirsən? Bu kitabı, kitabçanı, pyesi, broşüranı, şeiri nə üçün yazmısınız və bu təşkilatı nə üçün yaratmısınız? Deyirlər ki, mədəni ekspansiyaya qarşı mübarizə aparmaq istəyirik. Bu çox önəmli işdir və bunu kiçik iş hesab etməyin. Bunların içindən siz həmin almaz və qızıl mədənlərini kəşf edəcəksiniz. “İnsanlar qızıl və gümüş mədənləri kimidir.” Gedin, onları tapın və seçin, təşkilata daxil edin. Əlbəttə, təşkilatınızı müxtəlif şöbələrə bölə, sonra onları rahat, qorxusuz təşkilata daxil edə bilərsiniz. Yəni əvvəl aşkar olmayan bir karantində yerləşdirirsiniz, sonra onları əsl təşkilata daxil edirsiniz. Bu işləri görməlisiniz.1
Bu mübarək məktubun başqa bir cümləsi də budur: "ثم انظر في امور عمّالك" “Sonra məmur və icraçılarının işlərinə nəzər sal, diqqət et.”2 İşçilərin işlərinə diqqət et. Birinci, işçiləri seçməkdir." فاستعملهم اختبارا" “Onları sınaqdan keçirdikdən sonra işə təyin et.”3 Onları sınaqdan keçirib seç. Yəni, bax, gör, kim daha yaxşıdır. Bu gün dilimizin əzbəri olan “yaxşıları seçmək” ifadəsi sözün əsl mənasında diqqət mərkəzində olmalıdır. Əmirəlmöminin (ə) də burda onu tövsiyə edir: " "لا تولهم محاباة و أثرة “Onları öz istəyinlə, onlara kömək məqsədi ilə və özbaşına (məsləhətləşmədən) bir işə göndərmə.”4 Dostluq və yoldaşlığa görə işə götürmə. Nəfsani istəyə görə yox, meyarlara görə seç. Heç bir meyarı nəzərə almadan, mütəxəssislərlə məşvərət etmədən, “mən bu şəxsin olmasını istəyirəm” demə.1
İxlaslı və məsuliyyətli kadrlara etinasızlıq etməyin. Bütün ölkədə elə kadrlar var ki, çoxları bizim kimi mərkəzdə oturanlara məlum deyil, amma kifayət qədər ixlas sahibidirlər. Bunları işə cəlb edin və istedadlarından istifadə edin.2
Dostları ilə paylaş: |