Dünyapərəstlik elə bir təhlükədir ki, təqvadan başqa heç bir sərhəd tanımır. Əlbəttə, ciddi bir nəzarətlə kimlərisə nəyə isə riayət etməyə məcbur etmək olar. Amma o, yenə də qeyri-qanuni yollarla, qaçaq yolla yanlış işlər tuta bilər. Mən beş-altı il bundan öncə bir tələbə təşkilatı üçün bir söz demişdim. Çünki onlar yavaş-yavaş iş üçün dövlət idarələrinə daxil olacaq tələbələr idi. Mən onlara dedim ki, ehtiyatlı olun, dünyanın yağlılığı və şirinliyi sizi özünə cəlb etməsin. Yəni gənc bir tələbə belə bir təhlükəyə düşə bilər. Eyni zamanda bir məsul şəxs də bu cür təhlükə ilə üzləşə bilər. Bu zəhmətsiz əldə edilən sərvətləri açıqladıq. Məhkəmə orqanları da əvvəl işə qarışdı. Sonra gördüyünüz mətbuat qalmaqalı başlandı və prosesin qarşısı alındı. O zaman bu məsələ nəzərdə tutulurdu.2