2
Giriş
Müasir dünya günbəgün virtuallaşmaqdadır. Yəni
bu günədək həlli mümkün
olmayan məsələlərin həlli mümkün olmaqdadır. Bu prosesin təməlində kompüterləşmə və
informatlaşma dayanır.
Taxıl, polad, elektrik kimi, kompüter də İnsan həyatının ayrılmaz tərkib hissəsinə
çevrilməkdədir. Bütün dünya ölkələri bu prosesin içində yeni məzmun kəsb edən
mövcudluq formasına keçməkdədir.
Fizika, kimya, biologiya kimi fundamental təbiətşünaslıq
elmlərindən biri olan
―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası bəşəriyyətə informasiya-kommu-
nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.
Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu
kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl
qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə etməyə
çalışırlar. Sosial-iqtisadi,
elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri
İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.
Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır.
İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət formalaşdırmaqdır. Bu isə yeni
düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı-
nın reallaşması deməkdir.
İnformatika, Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl
ideyalar və prinsiplər
əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən
hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.
İnformatika təlimi get-gedə konkret aparat-proqram vasitələrinin xarakteristikasını
arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir.
Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin
dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu
xeyli gec başa düşülmüşdür.
Maddə, enerji və informasiya kimi təməl mahiyyətlərin insana xidmət etməsində ən
ümumi elmi instrument olan riyaziyyatın mühüm rolu vardır. İnsanın əldə etdiklərinin
əksəriyyəti riyazi metodların tətbiqi ilə mümkün olmuşdur. Min illərdən bəri istifadə
3
edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə
malikdir.
Buna baxmayaraq, informatika riyaziyyat və digər elm sahələrini bəşəriyyətin
həyatına daha dərin nüfuz etdirərək daha dərin dəyişikliklər törədə bilmişdir. Bu
dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir.
Odur ki, informatikanın tədrisi həm də informatikanın yaratdığı imkanlardan ağılla və
ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir.
Dərs vəsaiti 8 bölmədən ibarətdir.
Birinci bölmə
―İnformatikanın obyekti, predmeti və metodu‖ adlanır. Burada
Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın
yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və
informatikanın predmeti və metodu barədə ardıcıl və yığcam məlumat verilərək müasir
dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir.
İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında
verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması,
onun
fizikada, biologiyada, kibernetikada və informatikada mənalandırılması müxtə-
lifliklərinin səbəbləri, informasiyanın kəmiyyət xarakteristikaları, təqdimatı və
kodlaşdırılması məsələləri araşdırılmışdır.
Üçüncü bölmə ―İnformasiya emalının texniki vasitələri‖ adlandırılmışdır. Bu
bölmədə ədədi informasiya emalı qurğuları və informasiya emalının
instrumental
vasitələrinin inkişafı, fərdi kompüterlərin aparat təminatı, informasiyanın kompüter
yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.
Dördüncü bölmə ―Kompüterin hesabi və məntiqi əsasları‖na həsr edilmişdir.
Dördüncü bölmədə ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi,
məntiqin əsasları və kompüterin məntiqi əsasları, ədədi, mətni, qrafik və səs
informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır.
Beşinci bölmə ―İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları‖
adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual
Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir.
Altıncı bölmə ―Kompüter sistemlərinin proqram təminatı‖nı özündə əks etdirir.
Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram
təminatı, o
cümlədən əməliyyat sistemləri, proqramlaşdırma texnologiyalarının instru-
mentariyası və tətbiqi proqram təminatı, o cümlədən, tətbiqi proqram təminatına
4
nümunələr kimi mətn redaktoru, elektron cədvəllər və qrafik redaktor barədə yığcam
məlumat öz əksini tapmışdır.
Yeddinci bölmə ―Kompüter şəbəkələrinin arxitekturası‖ adlanır.
Dərs vəsaitinin
yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri
şərh edilmişdir.
Səkkizinci bölmə ―İnformasiya sistemləri və texnologiyaları‖na həsr edilmişdir.
Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya-
ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları
şərh edilmişdir.