İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə114/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   166
Şəkil 11. Əmsalın dəyişkən kimi göstərilməsi 
Bu cür bir misalda, əmsalın yerləşdiyi ünvanı nisbi ünvan kimi göstərmək uyğun 
deyildir. Ünvanın nisbilik xüsusiyyətini mütləqləşdirmə yolu ilə qaldırmaq lazımdır. Bir 
ünvanı tam mütləqləşdirmək üçün o ünvanın həm sütun adının, həm də sətir nömrəsinin 
soluna ―
$
― işarəsini qoymaq lazımdır. İçərisində belə yazılmış ünvan olan formulda, 
köçürüldüyü yerdən asılı olmayaraq bu ünvan həmişə sabit qalacaqdır. 
Misalımızda köçürmə əməliyyatını yalnız aşağıya doğru yerinə yetiririk. Əslində 
yalnız sətirlərin nömrəsi dəyişəcəkdir. Bu səbəbdən formulda istifadə ediləcək ünvanda 
yalnız sətir nömrəsinin qarşısında ―
$
― işarəsi qoymaq kifayətdir. Bu baxımdan uyğun 
formulu aşağıdakı şəkildə də yaza bilərik: 
=D3+A$2 
Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi 
olaraq qalır. Əgər bu formulu sağa və ya sola doğru köçürəriksə, sütun nömrəsi 
dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir. 
Bunun əksi olaraq ünvanın yalnız sütun adı hissəsini mütləqləşdirə bilərsiniz (
$A2
). 
Əslində bu xüsusiyyətdən istifadə etdikcə daha yaxşı qavrayacaq və ünvanın hansı 
hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz 


150 
lazımdır: hansı istiqamətdə dəyişiklik olmasını istəmirsinizsə, ünvanın o istiqamətlə 
əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, 
o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin: 
=$D3*$A$2 
Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar: 
=$D4+$A$2 
Hücrə adları. 
Excel XP
-də formulların yazılışını sadələşdirmək üçün hücrə ünvanı yerinə hücrə 
adlarından istifadə etmək daha məqsədəuyğundur. Məsələn, aşağıdakı kimi bir formul 
yaza bilərsiniz (şəkil 12.): 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin