İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə121/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   166
Şəkil 21. 
Rectangular Marguee Tool (Инструмент прямоугольная область
 – 
Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti 
Yardımçı alətlər dəstini 
Mouse
– un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə 
bilərsiniz. Aləti seçərkən ona məxsus olan parametrlər masaüstünün yuxarı hissəsində 
yerləşən sazlama çubuğunda əks olunur. Sazlama çubuğunu zövqünüzə uyğun yerə 
sürükləyə bilərsiniz. Sazlama çubuğunu 
Window (Окно
– Pəncərə) menyüsündəki 
Options (Настройки
– Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və 
ya ekrandan götürə) bilərsiniz. 
Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi 
istifadəçiyə rənglər toplusunun, fırçaların, naxışların, teksturların və təsvir qatlarının 
seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından 
asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər. 
Susmaya görə palitra masaüstünün sağ tərəfində, bir-birinə sıxılmış vəziyyətdə 
yerləşmişdir. 
QEYD: İş prosesində bütün palitranın masaüstündə görünməsinə ehtiyac yoxdur. 
Ehtiyac duyularsa, 
Window (Окно
– Pəncərə) menyüsündəki 
Navigator (Навигатор
– 
Naviqator), 
Color (Цвет
– Rəng), 
History (История
– Keçmiş) və 
Layers (Слои
– Qatlar) 
əmrlərini qeyd etməli, əksinə, palitranı masaüstündən gizlətmək tələb olunarsa, sadəcə 
olaraq əmrlərin seçilməməsi kifayətdir.
Əksər palitra əlavə sazlanma düyməsi ilə təchiz olunmuşdur. Palitranın sağ yuxarı 
küncündə yerləşən sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır. 
Masaüstünün aşağı hissəsində 
Status Bar (Строка состояния
– Vəziyyət Çubuğu) 
yerləşir. 
Status Bar (Строка состояния
– Vəziyyət Çubuğu) bir neçə sahədən ibarətdir. 
Vəziyyət çubuğunun sol tərəfində cari sənədin miqyası əks olunur. Bir az sağda sənəd 
haqqında məlumat verilir


163 
Adobe Photoshop 
rastr qrafik redaktorunda hazırlanmış təsvirləri sonradan istifadə 
etmək, onlar üzərində müəyyən dəyişikliklək aparmaq və s. üçün təsvirləri kompüterin 
yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması, 
yaddaşdan çağırılması, yeni yaradılmış fayllara köçürülməsi və s. əməliyyatları yerinə- 
yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır. 
Bunun üçün 
File (Файл
– Fayl) menyüsündən 
New (Новый
– Yeni) əmrini seçin. 
Açılmış dialoq pəncərəsindəki 
Name (Имя
– Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın 
(şəkil 22.). 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin