171
7.2.2. Açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli
Müasir cəmiyyət üçün xarakterik olan standartlaşdırma problemi qlobal informasiya
fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında xüsusilə kəskindir.
Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı
(
İSO – İnternational Standard Orqanization) tərəfindən işlənib hazırlanmış standartlardan
istifadə edilir. Bu, ―açıq sistemlərin qarşılıqlı fəaliyyət standartları‖ (
OSİ Ref. Model –
Open Systems İnterconnection – Reference Model) və ya ―Yeddisəviyyəli
şəbəkə
mübadiləsinin etalon modeli‖ adlanır.
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 7 səviyyəyə bölür:
1. Fiziki səviyyə (
Physical Layer);
2. Kanal səviyyəsi (
Data Layer);
3. Şəbəkə səviyyəsi (
Network Layer);
4. Nəqliyyat səviyyəsi (
Transport Layer);
5. Seans səviyyəsi (
Session Layer);
6. Verilənləri təqdimetmə səviyyəsi (
Presentation Layer);
7. Tətbiqi səviyyə (
Application Layer).
Fiziki səviyyə protokollarının əsas təyinatı fiziki rabitə və onunla bağlı istismar
hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün çəbəkə adapteri və modem proqram
təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə paketləri kanal səviyyəsi paketləri ilə eynidir.
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin idarə edilməsi səviyyəsidir və lokal
şəbəkələrdə paketləri idarə edir. Bilavasitə rabitə
xətti ilə ötürülən paketə kadr deyilir.
Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər səbəbdən işə hazır deyilsə, buna
şəbəkə konflikti deyilir. Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır.
Şəbəkə səviyyəsinin protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir. Bu
səviyyədə şəbəkə modulu ötürülən informasiyaya mənbə və ünvan barədə lazımi
informasiyanı əlavə edir ki, bu da hansı kompüterin hansı kompüterlərlə bağlantıya malik
olduğu məlum olur.
TCP/IP ailəsinə daxil olan
IP (Internet Protokol) şəbəkə səviyyəsinə
aiddir.
Nəqliyyat səviyyəsinin protokolları aralarındakı məsafədən asılı olmayaraq iki
kompüter arasında kəsilməz ötürməni təmin edir. Protokollar
sistemində nəqliyyat
səviyyəsi iki protokolla təmsil olunur: 1)
TCP – Transmission Control Protocol və 2)
UDP – User Datagramm Protocol.
172
Bir seans daxilində müxtəlif kompüterlər bir neçə
dəfə informasiya mübadiləsi
etdikdə sean səviyyəsindən istifadə edilir.
Məlumatın ötürülməyə hazırlanmasına tətbiqi səviyyədə başlanır. Bu səviyyəyə
məlumat ötürən tətbiqi proqram məsuldur.
Tətbiqi səviyyəyə http, telnet və s. İnternet
servisləri aiddir.
Dostları ilə paylaş: