İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə152/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   166
WWW servisi. Bu, qlobal şəbəkənin müxtəlif düyünlərində yerləşən paylanmış 
hiper-mediya informasiya resurslarına naviqasiya (axtarış) müraciəti təmin edən İnternet 
servisidir. Bu servisdə paylanmış informasiya resursları istifadəçilər üçün şəffafdır. 
Elektron poçt. Bu, İnternet servislərinin ən populyarıdır. Elektron poçtun funksi-
yası bir istifadəçinin ötürdüyü xəbəri başqa istifadəçiyə (istifadəçilərə) çatdırmaqdan 
ibarətdir. Bu servisin hər bir istifadəçisi özünün elektron ünvanına malikdir. Bu ünvan 
onu İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir. İstifadəçinin elektron 
ünvanı ona xidmət göstərən poçt serverindəki İnternet düyününün domen adından və 
həmin serverdə təkrarı olmayan istifadəçi identifikatorundan ibarətdir.
Məsələn, vizit kartındakı e-mail: student@econ.adiu.az yazısı kart sahibinin elek-
tron ünvanıdır. Burada: student – elektron poçt serverində onun istifadəçi identifikatoru, 
econ.adiu.az- xidmətedici düyünün domen adı, @- ayırıcı simvoldur. İstifadəçiyə gələn 
xəbər poçt serveri tərəfindən onun poçt qutusuna yerləşdirilir. Müştəri proqram 
təminatının köməyi ilə istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə bilir, 
oraya fayl daxil edə bilir və s. 
Faylötürmə servisi. Bu, ftp (File Transfer Protocol) protokoluna əsasən iş görür. 
Bu səbəbdən, faylötürmə servisi qısaca, ftp servisi adlnır. Bu servisin istifadəçiləri müva-
fiq parol yığmaqla, onları maraqlandıran poçt-serverlərdəki arxiv fayllarına müraciət 
edərək həmin faylları lazımi ünvanlara ötürə bilirlər. Ftp-serverdəki ümumistifadə 
fayllarına anonim (parolsuz) müraciət də mümkündür. 
Telekonfranslar. Telekonfrans servisi insanlar qrupunu müəyyən problem ətrafında 
ünsiyyət keçirməyə şərait yaradır. Bu servisdə konfrans iştirakçıları bir-birinə xəbər 
ötürüb qəbul edə bilirlər. Telekonfransın 2 növü vardır: informasiya yayımı siyahıları və 
yeniliklər qrupu. 1-ci növ telekonfrans ya inzibatçı tərəfindən, ya da avtomatlaşdırılmış 


208 
qaydada idarə edilir. Bu konfransın iştirakçısı olmaq üçün konfrans inzibatçısına və ya 
serverə xəbər göndərməklə yazılmaq lazımdır. Yalnız bundan sonra iştirakçı olmaq 
istəyənin elektron ünvanı yayım siyahısına düşür. 2-ci növ konfranslar interaktiv rejimdə 
fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün nəzərdə tutulan xəbərlərin 
saxlandığı veb-serverə müraciət etmək kifayətdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin