İsa Musayev, Mətləb Əlizadə


 Veb texnologiyalarının baza standartları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə155/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   166
 
8.9.3. Veb texnologiyalarının baza standartları 
Artıq qeyd edildiyi kimi, Veb ―müştəri – server‖ arxitekturası ilə yaradılmış geniş 
istifadəçilər çoxluğuna bircins olmayan aparat-proqram platformalarında sadə müraciət 
təmin edən informasiya-kommunikasiya sistemidir. Bu sistemi yaratmaq üçün: informa-
siya resurslarının təqdimatı vasitələrini; həmin resursların təkrarsız identifikasiyası 
üsullarını; və müştəri ilə server arasında informasiya mübadiləsi prosedurlarını stan-
dartlaşdırmaq lazım gəlmişdir. 
Veb üçün yaradılan standartlara: hipermətn dili olan HTML (Hypertext Markup 
Language), universal resurs lokatoru (göstəricisi) URL (Universal Resource Locator) və 
hipermətnlərin ötürülməsi protokolları HTTP (Hypertext Transfer Protocol) misal 
göstərilə bilər. Bundan əlavə, veb-serverin funksiyalarının genişləndirilməsi imkanlarını 
təmin etmək üçün universal şlüz interfeysi CGL (Common Gateway İnterface) standartı 
yaradılmışdır.
HTML dili. Bu, nişanlama (разметка) dilləri kateqoriyasına aiddir. Bu dillər 
müəyyən mətndə bu və ya digər dildə ayırıcı işarələr yerləşdirməyə imkan verir ki, 
həmin işarələrin köməyi ilə mətnin fraqmentlərini ayırmaq mümkün olur. Bu prosedur 


211 
mətnin nişanlanması adlanır. İlk nişanlama dili 1970-ci ildə yaradılmış Tex dilidir.Bu, 
riyaziyyat, fizika və informatika sahəsindəki nəşrləri səhifələməyə imkan verir. Digər 
nişanlama dili 1986-cı ildə beynəlxalq standart statusu almış SGML (Standard 
Generalized Markup Language) dilidir ki, HTML bunun əsasında yaradılmışdır. Bu dil 
teq adlanan xüsusi işarələr yığımına malikdir. HTML dilinin teqləri ilkin mətni 
nişanlamağa və kompüter ekranında təqdim etməyə imkan verir. Teqlər adətən cüt 
olurlar: açılan və bağlanan teqlər vardır. Beləliklə, teqlərlə nişanlanmış HTML mətni 
teqlərlə ayrılmış fraqmentlərin iyerarxik ardıcıllığından ibarətdir. Serverdəki HTML 
mətninə müraciət Java dilində yazılmış Java-aplet adlanan kiçik proqramın köməyi ilə 
həyata keçirilir. HTML teqləri ilə nişanlanmış mətn adi mətn faylıdır. Bu fayl UNİX 
platformasında html, MS Windows platformasında isə htm kimi genişləndirməyə 
malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu, yalnız formatlı nişanlamadır 
və səhifənin müştəri kompüterinin ekranında təqdimatı üçündür. Hal-hazırda istifadə 
edilən versiya (HTML 4.01 1999-cu ildə bəyənilmişdir). 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin