İsa Musayev, Mətləb Əlizadə


Universal resurs lokatoru (URL)



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə156/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   166
Universal resurs lokatoru (URL). Bu, Veb-də informasiya resurslarının unikal 
(təkrarsız) identifikasiyası (ünvanlaşdırılması) üçün istifadə edilir.
URL: Veb-saytın ev səhifəsini (əyani və ya gizli şəkildə); şəbəkədə HTML-
səhifəsini daşıyan faylın adını və yerini; HTML-səhifəsində hiperiqtibasın lövbər 
nöqtəsini (səhifə fraqmentinin başlanğıc nöqtəsini); İnternet düyünlərində saxlanan, 
HTML–səhifələrində iqtibasları olan və veb-brauzer vasitəsilə müraciət olunan müxtəlif 
formatlı faylları ünvanlaşdırmağa imkan verir. 
Hipermətnlərin ötürülməsi protokolları (HTTP). Bu, müştəri ilə Veb-server 
arasında informasiya mübadiləsi qaydasını təyin edən etalon modelin tətbiqi səviyyə 
protokoludur. Müştəri sorğusuna cavab verilməsi başa çatan kimi protokol serveri növbəti 
sorğuya yönəldir. 
Universal şlüz interfeysi (CGL). Bu, veb-serveri müxtəlif xarıcı proqramlara, 
məsələn VBİS-ə qoşmağa imkan verir.
 
8.9.4. Veb informasiya resurslarına müraciət 
Veb-serverdə saxlanan informasiya resursunun əsas vahidi HTML-səhifəsidir. Bu 
səhifələrin hər biri ayrıca URL qiymətinə malikdir ki, bu qiymət də həmin səhifənin 


212 
İnternetdə yerini təyin edir. HTML-səhifəsinə müraciət həmin səhifənin əsasını təşkil 
edən HTML faylına müraciət kimidir. Bu səhifədəki digər qurulmuş komponentləri 
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi üçün şəffaf çağırır.
Veb informasiya resursları paylanmış qarşılıqlı əlaqəli hipermediya HTML-
səhifələri şəbəkəsi təşkil edir ki, bu şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və 
onun fraqmentləri, budaqları isə HTML-səhifələrindəki nişanlama teqləri ilə təyin edilən 
hiperiqtibaslardır. Bu və ya digər veb-saytın informasiya resurslarına müraciət adətən 
həmin saytın ―ev səhifəsi‖nə müraciətlə başlanır, sonra isə naviqasiya əlaqələrinin 
köməyi ilə davam etdirilir. Veb-dəki informasiya resurslarının əksəriyyəti bütün 
istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən resurslara müraciət üçün əvvəlcə veb-
serverdə qeydiyyata düşmək lazım gəlir. Elə resurslar da vardır ki, onlara müraciət 
xüsusi səlahiyyət (parol) tələb edir. VB məhz belə resurslardandır. Bu resurslara 
müraciət Veb-in axtarış maşınlarının köməyi ilə həyata keçirilir. Axtarış servislərinə: 
AltaVistaЯndex və s. misal göstərilə bilər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin