İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə48/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   166
“Seçmə” quruluşu. 
―Seçmə‖ quruluşu çox variantlı budaqlanma quruluşudur. Burada bir neçə şərt olur. 
Şərtlər ciddi ardıcıllıqla yoxlanır. Şərtlərdən birinin ödəndiyi halda müvafiq əmrlər 
seriyası icra edilir. Visual BasicVBA dillərində ―Seçmə‖ Select Case açar sözlərlə 
başlanır. Bu sözlərdən sonra ifadə (dəyişən, hesabi ifadə və s.) yazılır. Case-dən sonra 
verilmiş ifadə müəyyən qiymətlə müqayisə olunur, şərt ödəndikdə əmr seriyalarından biri 
icra edilir. Bu quruluş End Select –lə bitir: 
Select Case İfadə 
Case Şərt 1 
Seriya 1 
Case Şərt 2 
Seriya 2 
Case Else 
Seriya 
End Select 
“Dövr” quruluşu. 
Bu quruluşda əmrlər seriyası çoxqat təkrarlanır. Bu seriyaya dövrün gövdəsi deyilir. 
Dövr quruluşu 2 tipdir: 1) sayğaclı dövr, 2) şərtli dövr. Sayğaclı dövrdə dövrlərin sayı 
müəyyəndir. Şərtli dövrdə dövrlərin sayı şərt ödəndikcə davam edir.
Sayğaclı dövr. Bu, Fof...Next açar sözlərlə ifadə edilir:
For Sayğac=İlk Qiymət to Son Qiymət [Step addım] 
95
Vacib olmayan operatorlar kvadrat mötərizədə ([]) yazılır.


66 
Dövrün gövdəsi 
Next [Sayğac] 
Şərtli dövr. Çox hallarda dövrün neçə dəfə təkrarlanması məlum olmur. Bu halda 
dövrlərin sayı şərtin ödənməsindən asılı olur. Belə dövr Do...Loop açar sözlərlə ifadə 
edilir. Şərt dövrdən əvvəl və sonra yerləşə bilir. Şərt dövrdən əvvəldirsə, buna qabaqlayıcı 
şərtli dövr və ya ―dövr-hələ‖ quruluşu deyilir. Bu quruluşda ola bilsin ki, dövr heç 1 dəfə 
də baş tutmasın. Burada dövrdən çıxmaq şərti While və ya Until açar sözlərlə həyata 
keçirilir. While şərt ödəndikcə, Until isə şərt ödənmədikcə işləyir: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin