İsa Musayev, Mətləb Əlizadə


 Proqramlaşdırma sistemləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə50/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   166
 
5.3. Proqramlaşdırma sistemləri 
EHM-lərin ilk inkişaf mərhələsində proqramlaşdırma maşın dilində idi. Bu, çox 
çətin, böyük zəhmət tələb edən iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu 
dildə yazılmış proqramı oxumaq mümkün deyildi. Buna görə də səhvi tapmaq müşgül 
məsələ idi. 
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi əməliyyatın kodu və verilənin ünvanı 
əvəzinə adlardan istifadə ideyası ilə bağlıdır. Bu, proqramın oxunuşunu və redaktəsini 
köklü şəkildə asanlaşdırdı. Bu ideya üzrə yazılan əmrlər dili Assembler dili adlanır. 
Lakin Assembler dili də birbaşa maşının konstruksiyasına bağlandığından, dil fərqi 
problemi həll edilməmiş qaldı. Həm də Assembler dilində yazılmış proqramı kompüter 
bilavasitə istifadə edə bilmir. Bu problemi translyator həll etdi. Assemblerdən az sonra 
yüksək səviyyəli dillər, ilk olaraq FortranCobol, sonra Alqol-60 alqoritmik dili yarandı. 
Proqramlaşdırma dilləri: ixtisaslaşdırılmış və universal olmaqla 2 yerə bölünür. 
İxtisaslaşdırılmış dillər xüsusi sinif məsələlərin həlli üçündür. Universal dillər hər cür 
məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti olaraq, sadə və mürəkkəb dillərə 
bölünür. Sadə dillərə: Paskal, CBasic, mürəkkəb dillərə: Ada, Modula-2, Algol-68
C++ aiddir. 
Paskal 1970-ci ildə Algol-60 dilinin ideyaları əsasında, tədris məqsədi ilə yaradılsa 
da, geniş praktiki tətbiq tapdı. 


69 
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur 
dillərində alqoritm ayrı-ayrı əməliyyatlar ardıcıllığı kimi təsvir edilir. Qeyri-prosedur 
dillərində proqramın məqsədi formalaşdırılan kimi məsələnin həll alqoritmi avtomatik 
tərtib edilir. Qeyri-prosedur dillərinə Prolog və Planner misal ola bilər. 
Proqramlaşdırma dillərinin ən vacib anlayışlarından biri dəyişən anlayışıdır. 
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da 
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış dəyişənin tipi anlayışıdır.
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi operatordur. Bu proqramlar 
operatorlar ardıcıllığı kimi tərtib edilir. 
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir: 
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların 
formalaşdırılması; 
Proqramın ümumi sxeminin qurulması; 
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin 
modellərinin qurulması; 
Məsələnin metodiki həlli; 
Müəyyən dildə, məsələn, blok-sxem dilində və ya bilavasitə proqramlaşdırma 
dilində alqoritm tərtibi; 
Proqram mətninin tərtibi; 
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması; 
Proqramın sənədləşdirilməsi; 
Proqramın sınaq istismarı; 
Proqramın praktiki istifadə üçün tətbiqi. 
Proqramın layihələşdirilməsi tərtib edilən proqramın məqsəd və funksiyalarının 
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir. 
Layihələşdirmə: prosedur-istinad və verilən-istinad olmaqla 2 metodla həyata keçirilir. 
Prosedur-istinad metodunda proqramın quruluşu məsələnin funksional sxemini təkrar 
edir. Verilən-istinad metodunda ilk növbədə obyektin tam funksional təsvirini verən 
verilənlərin quruluşu müəyyən edilir. 


70 
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2 üsuldan istifadə edilir: yuxarıdan-
aşağı təhlil və aşağıdan-yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez zamanı 
isə xüsusidən ümumiyə doğru hərəkət edilir. 
Obyekt-istinad proqramlaşdırması prosedur-istinad və verilən-istinad metodlarını 
vahid tam halında birləşdirir. Burada əsas anlayış sinif anlayışıdır. Hər sinif bir real 
obyektin modeli olub, həmin obyekti təsvir edən məlumatları saxlayır və onların emalına 
icazə verir. Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə, dəyişdirmə və təqdimetmə 
kimi prosedurlarının hər biri bir obyektə verilən xassədir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin