89
Funksiyalar adətən ifadələrin tərkibinə daxil olur. Funksiyaların müxtəlif tipləri vardır:
verilən tiplərinin dəyişdirilməsi funksiyaları, riyazi funksiyalar, sətri funksiyalar, maliyyə
funksiyaları, tarix funksiyaları və s. Funksiyanın tipi arqumentin və funksiyanın
özünün
aldığı mümkün qiymətlərlə təyin edilir.
Verilən tiplərinin dəyişdirilməsi funksiyaları. Bunlar veriləni bir tipdən başqa tipə
çevirir.
Val funksiyası. Bu, sətrin qiymətini ədədə çevirir.
Val (Sətir$) kimi yazılır. Yəni
bunun arqumenti sətir, qiyməti isə ədəddir. Məsələn,
Val (―2012‖) funksiyasının qiyməti
2012-dir. Bu funksiya mətn sahələrinin
Text xassəsinin sətri qiymətlərini ədədə çevirmək
və onların üzərində hesabi əməllər aparmaq üçün istifadə edilir.
İndi
Val funksiyasından
istifadə etməklə, ―adi kalkulyator‖ proqram əlavəsi yarat-
mağa çalışaq. Bu proqram əlavəsi 10-luq tam ədədlər üzərində hesab əməlləri icra etməli
və nəticələri formanın mətn sahələrinə çıxarmalıdır. Sözü gedən proqram əlavəsinin qrafik
interfeysini yaratmaq üçün forma üzərində 3
mətn sahəsi
107
və toplama, çıxma, vurma,
bölmə və işin bitməsi kimi əməlləri reallaşdıran 5 hadisəvi prosedur düymələri yerləşdirək.
Bunun üçün:
1.
Yeni layihə yaratmalı. Forma üzərində 3 mətn sahəsi və 5 düymə yerləşdirib
aşağıdakı adları mənimsətməli:
txt1, txt2, txt3, cmdPlus, cmdUmn, cmdDelen, cmdExit.
cmdPlus_
Click proseduru txt1 və
txt2 mətn sahələrindəki
Text xassəsinin ədədi
qiymətlərini toplayıb
txt3 mətn sahəsinə çıxarmalıdır. Bu, aşağıdakı proqram kodu ilə
reallaşdırılır:
Dostları ilə paylaş: