İsa Musayev, Mətləb Əlizadə


 Əməliyyat sisteminin yüklənməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə86/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   166
 
6.3.2. Əməliyyat sisteminin yüklənməsi 
129
üzköçürmə, silmə, addəyişmə
130
diskovodlar, monitor, klaviatura, mış, printer və s.
131
informasiyanın daxil edilməsi, saxlanması, çıxarılması
132
―Qoş və işlə‖ 
133
yoxlamaq, sıxmaq, defraqmentləşdirmək və s.
134
arxivləşdirmək və s.


113 
Əməliyyat sisteminin faylları xarici, uzunmüddətli yaddaşda
135
saxlanır. Lakin 
proqramlar yalnız operativ yaddaşa yükləndikdən sonra icra edilə bilir. Buna görə də ƏS-
in fayllarını operativ yaddaşa yükləmək lazım gəlir. ƏS faylları yazılmış disk sistem diski 
adlanır.
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan sonra ƏS sistem diskindən 
avtomatik olaraq operativ yaddaşa yüklənir. Bunun üçün yükləyici proqram vardır.
Kompüterin özünü testləşdirməsi. Kompüterin tərkibində enerjidən asılı olmayan 
sabit yaddaş qurğusu vardır ki, burada da kompüteri testləşdirən və ƏS-in yüklənməsinin 
birinci mərhələsini həyata keçirən BİOS
136
proqramı yazılmışdır. 
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan və ya sistem blokundakı Reset 
düyməsi basıldıqdan, yaxud da klaviaturadakı Ctrl+Alt+Del düymə kombinasiyası 
basıldıqdan sonra prosessor POST (Power-ON Self Test) proqramını qoşaraq kompüterin 
aparat vasitələrinin iş qabiliyyətini testləşdirir.
Testləşdirmədən sonra xüsusi proqram sabit yaddaşdakı BİOS-u axtarıb işə qoşur. ƏS 
yükləndikdən sonra idarə əmr prosessoruna ötürülür.
6.3.3. Fayllar və fayl sistemi 
Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır. 
Fayl dedikdə, xarici yaddaşda saxlanan adlandırılmış müəyyən miqdar informasiya
137
nəzərdə tutulur.
Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə 
faylın adını, ikinci hissə faylın tipini müəyyən edən genişləndirməni əks etdirir. Faylın 
adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və 
onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir: 
Faylın tipi 
Genişləndirmə 
Proqramlar 
exe, com 
Mətn faylları 
txt, doc 
Qrafik fayllar 
bmp, gif, ipg və s. 
135
vinçesterdə, çevik və ya lazer diskdə
136
Basic İnput/Output System- giriş-çıxış baza sistemi
137
proqram və ya verilən


114 
Səs faylları 
wav, mid 
Videofayllar 
avi 
Proqramlaşdırma dillərindəki proqramlar bas, pas və s. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin