İsa Musayev, Mətləb Əlizadə


Kəsilmələrin idarə edilməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə94/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   166
 
Kəsilmələrin idarə edilməsi. 
Kəsilmələr kompüterdə hesablama prosesinin idarə edilməsinin vacib elementidir. 
Çünki kəsilmələr kompüterin müxtəlif qurğularının sərbəst paralel işləməsi vasitəsidir. 
Məsələn, klaviaturadan daxiletmə zamanı müvafiq qurğu prosessora kəsilmə barədə 
siqnal göndərir. Səhv hesablama, məsələn, sıfra bölmə zamanı, qurğu imtinası zamanı da 
kəsilmə baş verir. Prosessor növbəti əmri icra etməzdən əvvəl kəsilmə siqnalının olub-
olmadığını yoxlayır. Varsa, onu işləyir, sonra növbəti əmrə keçir. Kəsilmə sorğuları 
154
direktoriya


122 
maskalanmış və maskalanmamış olur. Maskalanmamış sorğular prosessora ayrıca xətlə 
verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan sorğu maskalanmamış sorğu-
dur. Bu sorğular yüksək prioritetə malikdir. Cərəyanda baş verən dəyişiklik informasiya 
itkisinə səbəb ola bildiyindən, xüsusi qəza halları üçün nəzərdə tutulan tutum filtrləri 
vardır ki, bu da informasiya itkisi təhlükəsini xeyli azaldır. Maskalanmış sorğular xarici 
qurğulardan daxil olur və növbədənkənar əməliyyat icrasına icazə istəyir. Prosessor cari 
işi yarımçıq qoyub həmin əməlin icrasına keçir və sonra yarımçıq qalmış iş davam 
etdirilir. 
 
6.3.6. Qrafik interfeysli əməliyyat sistemləri 
UNİX Əməliyyat sistemi 
UNİX digər sistemlərdən müsbət mənada fərqlənən ƏS-dir. Bunun təməlində proses 
konsepsiyası dayanır. Proses dedikdə, işə buraxılmış proqramın
155
ixtiyari nüsxəsi 
nəzərdə tutulur. UNİX baxımından, hər bir proses öz virtual kompüterində icra edilən və 
öz virtual yaddaşından istifadə edən proqramdan ibarətdir. Bir proses digər prosesi işə 
qoşa bilir. Bu halda hansı prosesin hansı kompüterdə getməsi vacib deyil. UNİX-
proseslərarası informasiya mübadiləsi üçün paralel hesablamaları sinxronlaşdıran siqnal-
lar, semoforlar, proseslərarası kanallar, ötürmə növbələri, paylanmış yaddaş kimi geniş 
imkanlar mövcuddur. Siqnallar proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor 
prosesdaxili dayanma və davametmə işini icra edir. Proseslərarası kanallar proseslər 
arasında informasiya mübadiləsini reallaşdırır. Bir prosesin nəticələri kanala yazılır ki, 
digər proses onu kanaldan oxusun. Lakin bu zaman kənar proseslər həmin kanala 
müdaxilə edə bilmirlər. Proseslərarası kanaldan fərqli olaraq, ötürmə növbələri bütün 
proseslər üçün açıqdır. Paylanmış yaddaş iki prosesin yaddaşdan şərikli istifadəsi 
imkanıdır. Yəni, eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.
UNİX nüvədən (Kernel), əmr interpretatorundan (Shell) və xidməti proqramlardan 
(utilitlərdən) ibarətdir. UNİX utilitləri 5 qrupa bölünür: 
Fayl sistemini idarə edən utilitlər; 
Prosesləri idarə edən utilitlər; 
Kommunikasiyaları idarə edən utilitlər; 
155
UNİX-də proqram dedikdə, sadəcə, kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur.



123 
Xidməti proqramlar kitabxanası; 
Proqramlaşdırma mühiti. 
Nüvə 4 hissədən ibarətdir: 
Yaddaşı idarə edən; 
Fayl sistemini idarə edən; 
Sistem resurslarını yerləşdirən; 
Müdaxilə hüququ verən hissə. 
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən sorğu cədvəlləri əsasında işləyir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin