129
Maska tapılan fayl yoluxmuş hesab edilir və onun müalicəsinə (təmizlənməsinə)
başlanır. Yeni virusun axtarışı zamanı evristik skanerləmə alqoritmindən istifadə edilir.
Yəni əmrlərin ardıcıllığı təhlil edilir. Əgər şübhəli əmr ardıcıllığı aşkar edilərsə, polifaq
obyektin yoluxmuş olması ehtimalı barədə məlumat verir.
Operativ yaddaşa yüklənmə məqamında faylların yoxlanmasını həyata keçirən poli-
faq antivirus monitoru adlanır. Polifaqların üstünlüyü onların universallığı, nöqsanı
viruslar barədə verilənlər bazasının kifayət qədər geniş olması ilə bağlı
olaraq yaddaşda
çox yer tutması və axtarışın yavaş getməsidir.
Müfəttişlər. Müfəttişin
160
iş prinsipi diskdəki fayllar üçün kontrol məbləğin hesablan-
masına əsaslanır. Faylın uzunluğu, yaradıldığı tarix və son modifikasiya tarixi ilə yanaşı
həmin kontrol məbləğ də antivirusun bazasında saxlanır. Fayl işə buraxılarkən müfəttiş-
proqram həmin informasiyanın dəyişib-dəyişmədiyini yoxlayır. Dəyişiklik yoluxmanı
göstərir.
Müfəttiş yeni faylı yoxlaya bilmir.
Dostları ilə paylaş: