İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə10/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   166
2.1.1 İnformasiya fizikada. Fizikada termodinamik sistem üçün qaydasızlıq, xaos 
ölçüsü entropiya adlanır. Bu baxımdan, qaydalılıq, sahmanlılıq ölçüsü olan anti entropiya, 
neqentropiya, informasiya mahiyyəti daşıyır. Sistem mürəkkəbləşdikcə ondakı entropiya 
azalır, informasiya isə artır. İnformasiyanın artması prosesi ətraf mühitlə maddi, enerji və 
informasiya mübadiləsi edən açıq sistemlərə, özü inkişaf edən canlı aləmə
12
xasdır.
Beləliklə, fizikada informasiya mənfi entropiya kimi qavranılır. 
2.1.2 İnformasiya biologiyada. Canlı aləmi öyrənən biologiyada informasiya canlı 
orqanizmlərin məqsədyönlü davranışı ilə əlaqələndirilir. Çünki belə davranış canlı 
orqanizmin ətraf mühitdən aldığı informasiyanın hesabına əldə edilir.
Biologiyada informasiya anlayışı həm də irsiyyət mexanizmlərinin tədqiqi ilə bağlı 
olaraq istifadə edilir. Genetik informasiya irsi olaraq ötürülür və canlı orqanizmlərin bütün 
hüceyrələrində saxlanır. Genlər canlı orqanizmin qurulması barədə informasiya saxlayan 
mürəkkəb molekulyar strukturlardır. Məhz bu ideyaya əsaslanaraq klonlaşdırma
13
eksperi-
menti keçirilmişdir.
2.1.3 İnformasiya kibernetikada. İdarəetmə haqqında elm olan kibernetikada ―in-
formasiya‖ anlayışı mürəkkəb sistemlərdə (canlı orqanizmlərdə və ya texniki qurğularda) 
idarəetmə prosesləri ilə əlaqələndirilir. Yəni istənilən canlı orqanizmin həyat fəaliyyəti və 
ya texniki sistemin normal işləməsi idarəetmə prosesindən asılıdır. Çünki idarəetmə 
onların zəruri parametrlərini müəyyən hədlər daxilində saxlayır. İdarəetmə prosesi 
informasiyanın alınması, saxlanması, dəyişdirilməsi və ötürülməsi prosedurları zəncirin-
dən ibarətdir. 
2.1.4 İnformasiya informatikada. İnformatikada informasiyanın aşağıdakı tərifi 
daha tez-tez istifadə edilir: 
İnformasiya - ətraf dünya haqqında dərk edilmiş və saxlanma, ötürülmə, dəyiş-
dirilmə və istifadə edilmə obyekti olan məlumatlardır. 
Məlumat – siqnallarda, xəbərlərdə, bildirişlərdə ifadə edilən bilgilərdir. 
12
zülal molekullarına, orqanizmlərə, heyvan populyasiyasına və s. 
13
Bir hüceyrədən orqanizmin dəqiq surətinin (nüsxəsinin) yaradılması 


13 
Xəbər - informasiyanın maddi formasıdır. Bu baxımdan, informasiya – xəbərdən 
süzülüb çıxarılan qeyri-maddi mahiyyətli mənadır. Yəni informasiya xəbərin məna 
yüküdür. Lakin həm eyni informasiya müxtəlif xəbərlərlə ötürülə biləndir, həm də eyni 
xəbərin müxtəlif mənalarda başa düşülməsi mümkündür. Hətta elə xəbərlər var ki, 
onların mənasını heç kim anlaya bilmir. Odur ki, xəbərin mənasının izah edilməsi üçün 
xüsusi dilə ehtiyac duyulur. Bu dilə kodlaşdırma sistemi deyilir. Beləliklə, informasiya 
yalnız kodlaşdırıldıqdan (xüsusi işarələr sisteminə tərcümə edildikdən) sonra xəbərə 
yüklənə bilir və yalnız dekodlaşdırıldıqdan (əks tərcümədən) sonra xəbərdən süzülülüb 
çıxarıla bilir. Lakin eyni informasiya (məna) müxtəlif kodlaşdırma sistemləri ilə müxtəlif 
xəbərlərə yüklənə biləndir. 
İnformatika baxımından, informasiyanın əsas növləri aşağıdakılardır: 
-Qrafik və ya təsviri informasiya
14
 
-Səs informasiyası
15
;
-Mətn informasiyası
16

-Ədədi informasiya
17

-Videoinformasiya
18

Bunlardan əlavə, taktil
19
, orqanoleptik
20
informasiya kimi kodlaşdırılması və 
saxlanması hələ mümkün olmayan informasiya növləri və həmçinin, elmin, hələ nəinki 
kodlaşdırıb saxlamağı, hətta izah etməyı belə bacarmadığı bir sıra başqa informasiya 
növləri
21
də vardır. 
İnformasiya uzaq məsafəyə əvvəlcə kodlaşdırılaraq işıq siqnalları ilə, sonra elektrik 
naqili ilə, daha sonra isə radio dalğaları ilə ötürülmüşdür. 
Rəqəmsal rabitənin banisi ümumi informasiya nəzəriyyəsinin yaradıcısı Klod 
Şennon sayılır. 
İnternetin təqdim etdiyi informasiya xüsusi növ informasiya hesab edilir. Çünki 
burada irihəcmli paylanmış informasiyanın saxlanması, emalı, axtarışı, ötürülməsi üçün 
14
Ətraf dünya haqqında ilk saxlanan informasiya növüdür. Qayaüstü rəsmlər...
15 
1877-ci ildən saxlanması mümkün olmuşdur. Əsas növü musiqi informasiyasıdır. 
16 
Şifahi dilin sözlərinin və cümlələrinin xüsusi simvolların (hərflərin) və digər durğu işarələrinin köməyi 
ilə kodlaşdırılması nəticəsində meydana gəlmişdir.
17
Ətraf dünyadakı obyektlərin və onların xassələrinin kəmiyyət ölçüləri olan rəqəmlərlə ifadə edilir. 
18
Ətraf dünyanın ―canlı‖ təsviri. Kinonun ixtira edilməsi ilə mümkün olmuşdur. 
19
lamisə, duyğu, hiss 
20
iybilmə, dadbilmə və s 
21
Məsələn, ekstrasensor informasiya 


14 
xüsusi priyomlardan və müxtəlif informasiya növlərinin işlənməsi üçün xüsusi üsullardan 
istifadə edilir. 
Digər obyektlər kimi, informasiya da müəyyən xassələrə malikdir. İnformasiyanın 
xassələrinin digər obyektlərin xassələrindən əsas fərqi dualizmdir. Yəni informasiyanın 
məzmununu formalaşdıran xassələr həm ilkin verilənlərin xassələrindən, həm də qeydiy-
yataalma metodlarının xassələrindən asılıdır. 
İnformatika baxımından, obyektivlik, gerçəklik, tamlıq, dəqiqlik, aktuallıq, yarar-
lılıq, qiymətlilik, məqamlılıq, başa düşülənlik, əlçatanlıq və lakoniklik kimi ümumi 
keyfiyyət xassələri ön plana çəkilir. 
Obyektivlik informasiyanın qeydiyyata alınma üsulundan asılı olmamasını ifadə edir. 
Məsələn, ―hava istidir‖ - cümləsindəki informasiya obyektiv deyil. Lakin ―havanın 
hərarəti 
С
0
22
təşkil edir‖ - cümləsindəki informasiya obyektivdir. Çünki bu, insanın 
subyektiv qiyməti deyildir. 
Gerçəklik informasiyanın hadisəni düzgün əks etdirməsini ifadə edir. Obyektiv 
informasiya həmişə gerçəkdir. Gerçək informasiya isə həm obyektiv, həm də subyektiv 
ola biləndir. Gerçək informasiya düzgün qərar qəbul etməyə kömək edir. İnformasiyanın 
bilərəkdən
22
və ya bilməzlikdən, həmçinin manelərin təsiri və ya dəqiq ölçü cihazının 
olmaması üzündən təhrif edilməsi nəticəsində gerçək olmayan informasiya yaranır. 
Tamlıq informasiyanın dərketmə və ya qərar qəbulu üçün yetərli olmasını ifadə edir. 
Natamam informasiya səhv qərar qəbuluna səbəb ola bilir. 
Dəqiqlik informasiyanın obyektin, prosesin, hadisənin gerçək vəziyyətinə yaxınlıq 
dərəcəsini göstərir
23
.
Aktuallıq informasiyanın istifadə məqamı üçün vacibliyini ifadə edir. Bəzən yalnız 
vaxtında alınan informasiya yararlı olur. 
Yararlılıq (qiymətlilik) informasiyanın konkret istifadəçi ehtiyacını ödəmək 
baxımından qiymətləndirilməsini ifadə edir. 
Ən qiymətli informasiya obyektiv, gerçək, tam və aktual olan informasiyadır
24
.
Sosial (ictimai) informasiya əlavə xassələrə də malikdir. Çünki bu, semantik (məna) 
xarakterli olub, ətraf dünyanı anlayışlar vasitəsilə təsvir edir. Digər tərəfdən, bu 
22 
dezinformasiya 
23 
Bu, ölçü cihazlarının xətası ilə bağlıdır. 
24 
Lakin nəzərə almaq lazımdır ki, obyektiv və gerçək olmayan informasiya da, məsələn, bədii əsər də 
insan üçün çox qiymətli informasiya kimi çıxış edə biləndir. 


15 
informasiya dil mahiyyətli olub, bir mahiyyəti müxtəlif dillərdə
25
ifadə etməyi mümkün 
edir. 
Zaman keçdikcə, informasiyanın kəmiyyəti
26
artır, sistemləşdirilir, qiymətləndirilir 
və ümumiləşdirilir. Bu, informasiyanın kumulyativ
27
xassəsidir.
İnformasiyanın köhnəlməsi zaman keçdikcə onun qiymətdən düşməsi formasında 
baş verir. Mövcud informasiyanı köhnəldən onu tamamlayan və dəqiqləşdirən yeni 
informasiyadır. Elmi-texniki informasiya sürətlə, estetik informasiya
28
isə yavaş-yavaş 
köhnəlir. 
Məntiqilik, yığcamlıq və münasib təqdimat forması informasiyanı asan anlamağa və 
mənimsəməyə kömək edir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin