İsa Musayev, Mətləb Əlizadə


Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər?



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə108/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   166
Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər? - Əslində elə bir məhdu-
diyyət yoxdur. Yarada biləcəyiniz işçi səhifələrin sayı kompüterinizin əməli yaddaşının 
(
RAM
) həcmindən asılıdır. Yaddaş çatışmazlığı problemi olmadıqda ən çox 
255
işçi səhifə 
yarada bilərsiniz. Ancaq buna praktik olaraq ehtiyac olmadığını, yaddaşın hər zaman 
məhdud olduğunu və heç bir vaxt 
255
səhifəlik bir işçi kitabınızın olmayacağını yəqin 
etmək olar. Bir işçi kitabda başlanğıcda 
3
işçi səhifə olur. 
 
İşçi səhifələr üzərində hansı əməliyyatları apara bilərsiniz? - Onların 
adlarını, yerlərini dəyişdirə, yeni işçi səhifələr yarada, lazım olmayanları isə silə bilərsiniz. 
Sətir və sütunlar. 
Bildiyiniz kimi, cədvəllər sətir və sütunlardan ibarət olur. 
Excel XP
-də görəcəyiniz 
işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə 
vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir
168

 
Bir işçi səhifədə neçə sətir və sütun vardır?
Microsoft
Excel XP
işçi 
səhifələrinin hər birində 
65536
sətir və 
256
sütun vardır. Sətir və sütunların sayını bir-
birinə vurduqda, bir işçi səhifədə 
16777216
ədəd hücrə olduğu aydın olur. Ancaq bu 
rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 
65536
sətirdən 
və 
256
sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir. 
İşçi səhifədə hər sətrin bir nömrəsi və hər sütunun da bir adı vardır. Əslində istər 
nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini 
dəyişdirərək sətir nömrələri və sütun adları əvəzinə başqa adlardan da istifadə edə 
bilərsiniz. 
Sətir nömrələri və sütun adları olmadan işinizi planlaşdırmağınız və nəzarət altına 
almağınız mümkün deyildir. Hər hansı bir məlumatın səhifənin harasında olduğunu 
müəyyən etmək və digər məlumatlarla əlaqələndirmək üçün bunlardan mütləq istifadə 
etmək məcburiyyətindəsiniz. 
Bir işçi səhifədə 
256
sütun olduğunu bildirmişdik. Sütunlar hərflərlə adlandırılır. İlk 
sütun A, sonrakı 
B
, daha sonrakı 
C
və s. kimi adlandırılır. 
Z
sütunundan sonrakı sütunlar 
168
xanalar


142 
iki hərflə: 
AA, AB, AC
və s. kimi adlandırılır. 
AZ
sütunundan sonra 
BA, BB, BC, ..., BZ
kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı 
IV
olur. 
Sətirlərin nömrəsi isə rəqəmlərlə 
1, 2, 3
və s. göstərilir. Axırıncı sətrin nömrəsi 
65536
-
dır. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin