İsa Musayev, Mətləb Əlizadə


 İnformasiyanın sosial əhəmiyyətli xassələri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   166
2.1.5 İnformasiyanın sosial əhəmiyyətli xassələri. İnsan – sosial varlıq olduğundan, 
cəmiyyətdə mövcuddur. Bu isə o deməkdir ki, insanlar arasında informasiya mübadiləsi 
baş verir. İnformasiya mübadiləsi həmişə müəyyən dildə baş tutur.
İnformasiya faydalı olmazsa, informasiya mübadiləsinin praktiki əhəmiyyəti olmaz. 
Faydasız informasiya küy yaradır. Bu, faydalı informasiya almağa mane olur.
Dedik ki, informasiya gerçək və aktual olmalıdır. Çünki gerçək olmayan informasiya 
çaşdırıcı olur. Aktual olmayan informasiya isə faydalı deyil.
Yuxarıda göstərdik ki, informasiya tam və dəqiq olmalıdır. Çünki tam informasiya 
qərar qəbulu üçün kifayətedici informasiyadır. Dəqiq informasiya isə hər yerdə eyni cür 
başa düşülən informasiyadır. Tam və dəqiq informasiya elmin məhsuludur.
İnformasiya ətraf mühitdən qəbul edilən giriş verilənləri, ətraf mühitə ötürülən çıxış 
xəbərləri və sistemin daxilində saxlanan məlumatlar çoxluğudur. İnformasiya sənədlərdə, 
çertyojlarda, şəkillərdə, mətnlərdə, səs və işıq siqnallarında, elektrik və əsəb impulslarında 
mövcud ola biləndir. Verilənlər informasiyanın tərkib hissəsi olub, qeyd edilmiş 
siqnallardır. 
İnformasiya prosesləri zamanı verilənlər metodların köməyi ilə bir növdən digərinə 
dəyişdirilir.Verilənlərin emalı müxtəlif əməliyyatlar çoxluğunu ehtiva edir. Əsas 
əməliyyatlar aşağıdakılardan ibarətdir: 
-verilənlərin yığılması – qərar qəbulu üçün kifayət edən informasiyanın toplanması; 
25
Məsələn, təbii danışıq dilindəki fikrin riyazi düsturlarla ifadə edilə bilməsi 
26
miqdarı və həcmi 
27 
Kumulyasiya – latınca, yığılma, toplanma, artma mənasına gəlir. 
28 
Sənət əsəri 


16 
-verilənlərin formallaşdırılması – müxtəlif mənbələrdən daxil olan verilənlərin vahid 
formaya gətirilməsi; 
-verilənlərin filtrlənməsi – qərar qəbulu üçün lazım olmayan artıq verilənlərin ləğv 
edilməsi; 
-verilənlərin çeşidlənməsi – istifadə baxımından münasib olsun deyə, verilənlərin 
müəyyən əlamət üzrə səliqəli düzülməsi; 
-verilənlərin arxivləşdirilməsi – verilənlərin münasib və əlçatan formada saxlanması; 
-verilənlərin qorunması – verilənlərin itməsinə, təkrar istehsalına və modifikasiya 
edilməsinə qarşı yönəldilmiş tədbirlər kompleksi; 
-verilənlərin nəql edilməsi – informasiya prosesinin uzaqda yerləşən ayrı-ayrı 
istifadəçiləri arasında verilənlərin ötürülməsi və qəbul edilməsi. Verilənlərin mənbəyi 
server, istifadəçisi isə müştəri adlandırılmışdır; 
-verilənnlərin dəyişdirilməsi – verilənlərin bir formadan digərinə, bir strukturdan 
digərinə dəyişdirilməsi və ya daşıyıcı (yaddaş) tipinin dəyişdirilməsi. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin