İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə110/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   166
Şəkil 8. Aktiv və aktiv olmayan hücrələr 
Aktiv hücrənin kənarları qalın xətlərlə çərçivəyə alınır. Bu çərçivənin aşağı sağ 
küncündəki kiçik ―+― işarəsinə diqqətlə baxın. Bu işarə düyməsindən hücrə içərisindəki 
məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir. 
Ünvanlar. 
Hücrə adı verilən sahələrə daxil ediləcək məlumatlar üzərində hansı əməliyyatları 
aparacaqsınız? Aralarında hər hansı bir əlaqə qurulmayan məlumat yığımının praktik 
olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar
170
görünüş baxımından 
uyğun bir formada nizamlanaraq bir məna kəsb edə bilər
171
, ancaq ədədlər üçün bunları 
demək çətindir. 
Excel XP
-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları 
bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır. 
Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi 
maaşları daxil etdiniz. Növbəti sağda yerləşən sütuna alınacaq maaşları daxil etmək 
istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu 
halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə 
qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi maaşın 
66%-
ni təşkil edir 
(şəkil 9.). 
170
məsələn, adlar, soyadlar və s. kimi
171
adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər


144 
Şəkil 9. Sadə bir maaş cədvəli 
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu 
Excel XP
cədvəlinə çevirmək lazım gəlir. 
E
sütununda, 
D
sütunundakı hər ümumi maaşın yanında alınacaq maaşı necə 
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. 
E
sütunundakı uyğun 
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir. 
 
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində 
Excel XP
-nin əsas məntiqi budur: formul yerləşmiş bir hücrədəki məlumatlar, onun 
əlaqələndirildiyi digər hücrələrdəki məlumatlar dəyişdirildiyi zaman avtomatik olaraq 
yenidən hesablanır. Məsələn, ümumi maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun 
olan alınacaq maaş da yenidən hesablanacaqdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin