İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə112/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   166
Şəkil 10. Alınacaq maaşın hesablanması 
E3
hücrəsinə yuxarıda göstərdiyimiz ifadəni daxil etdiyiniz zaman, hücrə içərisində 
ifadənin özü deyil, nəticəsi görünəcəkdir. İfadənin özü isə ancaq bu hücrə aktiv olduğu 
(yəni, seçildiyi) zaman formul çubuğunda (
formula bar
) görünə bilər.


146 
Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə 
E3
yazılmış sahəyə ünvan sahəsi və ya 
ad sahəsi deyilir. Hansı hücrədə olduğunuzu müəyyənləşdirmək üçün heç də həmin 
hücrənin yerləşdiyi sütun adına və sətir nömrəsinə baxmağa ehtiyac yoxdur. Bunun 
əvəzinə ünvan sahəsinə baxaraq hücrə ünvanını görmək kifayətdir. Ünvan sahəsinin 
sağında, 
=D3*0.66
ifadəsinin göründüyü yerə formul çubuğu deyilir. 
 
Formulları yazarkən mütləq ―=― işarəsi ilə başlamaq lazımdır. Bu işarə ilə 
başlamayan formul ifadələri mətn kimi qəbul edilir və hücrə içərisində nəticə deyil
formulun özü görünür. 
 
Kəsr ədədləri daxil edərkən ―.― (nöqtə) və ya ―,― (vergül) işarəsindən istifadə 
edilə bilər. Bu da 
Windows
-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr-
ləri 
Control Panel
(
Панель управление
-İdarə Etmə Paneli) pəncərəsindəki 
Regional 
Setting
(Ölkə Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq pəncərəsində 
dəyişdirə bilərsiniz. 
İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar 
formulları tək-tək daxil etmək lazım gəlmir. 
E3
hücrəsindəki formulu aşağıdakı hücrələrə 
köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz. 
Sahə ünvanı. 
Sahə ünvanı iki və daha artıq hücrə ünvanını ifadə edən və bir ünvan formasıdır. 
Məsələn, ümumi və ya alınacaq maaşın cəmini tapmaq istədikdə alt-alta yerləşmiş bu 
hücrələrin genişlik ünvanından istifadə edəcəksiniz. Bu əməliyyatı aparmaq üçün sahə 
ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən 
aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz: 
=D3+D4+D5+D6 
=E3+E4+E5+E6 
Bir neçə şəxs üçün bu formada yazmaq mümkündür. Ancaq siyahıda yüzlərlə şəxs 
olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan 
istifadə etmək məqsədəuyğundur: 
=SUM(D3:D6) 
=SUM(E3:E6) 


147 
Buradakı 
D3:D6
və 
E3:E6
ifadələri bir sahə ünvanıdır. 
D3:D6
ifadəsi 
D3
ilə 
D6
arasındakı bütün hücrələri göstərir, yəni, 
D3, D4, D5, D6
. Sahə ünvanı bu şəkildə də verilə 
bilər: 
D3:E6
. Bu ifadə isə növbəti hücrələri göstərir: 
D3, D4, D5, D6, E3, E4, E5, E6


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin