İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə113/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   166
Mütləq və nisbi ünvan. 
Yuxarıda qeyd etdiyimiz kimi, maaş cədvəlində hər bir şəxs üçün alınacaq maaş 
formulunu bir-bir yazmağa ehtiyac yoxdur. Siz ilk formulu daxil etdikdən sonra altdakı 
hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz. 
=D3*0.66
formulunu aşağıya köçürdükcə digər alınacaq maaşların da avtomatik 
hesablanması necə baş verir? Əgər bu ifadəni digər hücrələrə də köçürərsinizsə, onda 
bütün şəxslərin maaşı birinci şəxsin alınacaq maaşı ilə eyni olacaqdır. 
Bu arada nisbi ünvan anlayışı ilə tanış olaq. İçərisində hər hansı bir ünvan olan 
formulu, məsələn, bir altdakı hücrəyə köçürərsinizsə, formuldakı bütün ünvanlar bir sətir 
artacaqdır. Yuxarıda verilən misala uyğun 
E3
hücrəsindəki formulu 
E4
hücrəsinə 
köçürərsinizsə, 
E4
hücrəsinə aşağıdakı formul daxil edilmiş olacaqdır: 
=D4*0.66 
Əgər daha sonrakı hücrəyə köçürərsinizsə, 
=D5*0.66 
olacaqdır. 
Formulun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər 
formulu bir altdakı hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sətir artar, bir üstdəki 
hücrəyə köçürərsinizsə, bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Əgər 
E3
hücrəsindəki formulu onun sağındakı hücrəyə köçürərsinizsə, 
=E3*0.66 
olacaqdır. Bu da hesabda yanlış nəticə verəcəkdir. Uyğun olaraq formulu bir sağdakı 
hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sütun artacaq, bir soldakı hücrəyə köçürər-
sinizsə, bir sütun azalacaqdır. Məsələn, 
E3
hücrəsindəki formulu 
G6
hücrəsinə 
köçürərsinizsə, 
=F6*0.66 
olacaqdır. 


148 
Formullarda istifadə etdiyiniz hücrə ünvanları, əksi göstərilmədiyi halda nisbi 
ünvanlardır, yəni, formulun olduğu və ya köçürüləcəyi hücrənin yerindən asılıdır. Əgər 
formulu başqa bir yerə köçürərsinizsə, bu ünvanlar da köçürüldüyü yerə uyğun şəkildə 
avtomatik olaraq dəyişəcəkdir. 
İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində 
A1
ünvanı olan bir formulu 
bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan 
IV65536
da ola bilərdi. Bu halda 
nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir: 
A1 
əgər bir hücrə sola köçürərsinizsə, 
IV1;
A1 
əgər bir hücrə üstə köçürərsinizsə, 
A65536;
IV65536 
əgər bir hücrə sağa köçürərsinizsə, 
A1;
IV65536 
əgər bir hücrə alta köçürərsinizsə, 
IV1
olacaqdır.
Yəni, buradan aydın olur ki, 
Excel XP
-də 
65536
nömrəli sətirdən sonra 
1
nömrəli sətir, 
1
nömrəli sətirdən öncə isə 
65536
nömrəli sətir, 
IV
sütunundan sonra 
A
sütunu, 
A
sütunundan öncə isə 
IV
sütunu gəlir. 
Nisbi ünvanlar yuxarıda göstərdiyimiz misaldakı kimi çox əlverişli ola bilər, ancaq 
bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir. 
Misalımızı bir az dəyişdirək. Ümumi maaş ilə alınacaq maaş arasında olan əlaqədə 
iştirak edən 
0.66
əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu 
əmsalı dəyişdirməklə zaman, onun yerləşdiyi hücrə ünvanının istifadə edildiyi bütün 
formulların yenidən hesablanmasını və alınacaq maaşlar üçün formulların avtomatik 
nizamlanmasını təmin etməyə çalışaq. Əgər bu əmsalı ayrı bir hücrəyə yazmasaq, bütün 
formullardakı 
0.66
əmsalını bir-bir dəyişməli olacağıq. 
Şəkildə göstərildiyi kimi (şəkil 11.), alınacaq maaşın hesablanmasında istifadə 
ediləcək əmsalı 
A2
hücrəsinə daxil edib 
E3
hücrəsindəki formulu aşağıdakı kimi yazın: 
=D3*$A$2 
Əgər formulu 
=D3*A2 
kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə, 
=D4*A3 


149 
=D5*A4 
=D6*A5 
ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki, 
A3, A4, A5
hücrələrində 
hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin