İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə115/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   166
Şəkil 12. Formulda hücrə adlarından istifadə edilməsi 
=ÜmumiMaaş*Əmsal 
Yaxud: 
=Amil ÜmumiMaaş 
Amilin ümumi maaşını o hücrədə görəcəksiniz. Bütün bu imkanları ancaq hücrələri 
adlandırmaqla əldə edə bilərsiniz. 
Hücrə ünvanlarından istifadə etməyin nə qədər yorucu və anlaşılmaz olduğunu 
Excel 
XP
-də uzun müddət işlədikcə hiss etmək olar. 
C3, A5, D7
kimi hücrə ünvanlarının hansı 
məlumatları ifadə etdiyi bəlli olmadığından bir sıra ünvanlarla işlədikdə çətinlik çəkməli 
oluruq. 


151 
Excel XP
-də hücrə və sahələrə xüsusi adlar verə bilər və işinizi bu adlardan istifadə 
edərək nizamlaya bilərsiniz. Məsələn, Yanvar ayına aid orta qiyməti hesablayarkən 
=AVERAGE
(Yanvar) 
şəklində bir formul tərtib edə bilərsiniz. 
Bir hücrəni və ya hücrə qrupunu adlandırmağın ən asan yolu, o hücrə və ya hücrə 
sahəsini seçib formul çubuğunun sol tərəfindəki ad sahəsinə onların adını daxil etməkdir. 
Aşağıdakı misalda Yanvar ayına aid məlumatlar seçilmiş və ad sahəsinə Yanvar 
yazılmışdır (Şəkil 13.). 
Şəkil 13. Hücrə sahəsinə ad verilməsi 
Eyni əməliyyatı 
Insert
(
Вставка
-Daxil Et) menyüsünün 
Name
(
Имя
-Ad) alt menyü-
sündən 
Define
(
Присвоить
-Təyin Et) əmrini seçməklə də yerinə yetirə bilərsiniz. Şəkildə
göstərilmiş 
Define Name
(
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi açılacaqdır 
(şəkil 14.). 
Şəkil 14. 
Define Name
 (
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi 


152 
Dialoq pəncərəsindəki 
Names in workbook
(
Имя
-İşçi kitabdakı adlar) siyahısında o 
ana qədər yaradılmış hücrə və ya hücrə qrupu adları görünəcəkdir (siyahı boş da ola 
bilər). Siyahının yuxarısındakı sətrə yeni ad daxil edə bilərsiniz. Seçdiyiniz 
C3:C6
sahəsinin üstündəki Yanvar sözünün bu sətirdə avtomatik olaraq görünməsinə 
diqqət edin; 
Refers to
(
Формула
-Müraciət et) sətrində daxil etdiyiniz adın işçi kitab içərisində 
hansı işçi səhifənin hansı hücrəsinə və ya hücrə qrupuna verildiyi göstərilmişdir. 
Bunu istədiyiniz kimi dəyişdirə bilərsiniz
Daxil etdiyiniz adı siyahıya əlavə etmək istəyirsinizsə
Add
(
Добавить
-Əlavə Et) 
düyməsini sıxın; 
Siyahıdan hər hansı bir adı çıxarmaq istəyirsinizsə, həmin adı seçdikdən sonra 
Delete
(
Удалить
-Sil) düyməsini sıxın; 
Uyğun parametrləri təyin etdikdən sonra 
OK
düyməsini sıxın. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin