İsa Musayev, Mətləb Əlizadə


 İnformasiynın kəmiyyət xarakteristikaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə12/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   166
 
2.2. İnformasiynın kəmiyyət xarakteristikaları 
2.2.1 İnformasiyanın texnikada ölçülməsi. Texnikada
29
informasiyanın kəmiyyəti 
dedikdə, kodlaşdırılan, ötürülən və ya saxlanılan simvolların sayı nəzərdə tutulur. Yəni 
burada həcm ön plana çəkilir və məzmun nəzərə alınmır.
Hesablayıcı texnikada 2 standart ölçüdən – bitbaytdan istifadə edilir. Bit 
minimal informasiya vahididir ki, bu da iki haldan birinin seçilməsinin nəticəsini ifadə 
edir. Bayt 8 bitlik standart vahiddir. Adətən mətnin bir simvolunu təqdim etmək üçün 
istifadə edilir. 
2.2.2 Xəbərin informasion həcmi (tutumu). Xəbərin informasion həcmi (tutumu) 
dedikdə, xəbərdəki informasiyanın bitlə, baytla və törəmə vahidlərlə
30
ölçülən kəmiyyəti 
nəzərdə tutulur. 
2.2.3 İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü kimi 
2.2.3.1 İnformasiya və bilik. Ətraf mühitdən əldə edilən informasiya dərk edilir və 
yadda saxlanır. Bu informasiyanın yaddaşda toplanması nəticəsində bilik yaranır. 
Dərketmə prosesi biliyin artmasına səbəb olur. Dərketmə prosesi çevrədirsə, dairə bilik
29 Xəbərlərin kodlaşdırılması və ötürülməsi nəzəriyyəsində 
30 Kbayt, Mbayt və s 


17 
çevrədən kənar biliksizlikdir. Biliksizlik tərəddüd yaradır. Tərəddüd qeyri-müəyyənlik 
əlamətidir. Odur ki, biliyin artması qeyri-müəyyənliyin azalmasına səbəb olaraq tərəddüdü 
yox edir və qərarlılıq yaradır.
2.2.3.2 Bilikdəki qeyri-müəyyənliyin azalması. İnformasiyaya qeyri-müəyyənliyin 
antipodu kimi baxılması onu kəmiyyətcə ölçməyə imkan vermişdir ki, bu da həm 
kibernetika, həm də informatika üçün olduqca vacibdir.
Hadisədən əvvəl mümkün halların ehtimalları tərəddüd mənbəyi kimi çıxış edir. 
Hadisə baş verdikdən sonra tərəddüd yox olur. Məsələn, göyə atılan metal pulun hansı 
üzünə düşəcəyini söyləmək nə qədər çətindirsə, pul yerə düşdükdən sonra bir o qədər 
asandır. Bu halda əldə edilən informasiya qeyri-müəyyənlik yaradan 2 halı azaldıb 1 hala 
çevirir. Oyun zərində bu, 6 halın 1 hala çevrilməsidir. Yəni, 2 üzlü pula nəzərən, 6 üzlü zər 
3 dəfə artıq informasiya verir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin