İsa Musayev, Mətləb Əlizadə


 Lokal şəbəkədə işin sistem təminatı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə127/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   166
 
7.3.2. Lokal şəbəkədə işin sistem təminatı 
Lokal şəbəkədə məlumat ötürülüşü prosesi şəbəkə əməliyyat sistemini təşkil edən 
proqram vasitələri kompkeksinin köməyi ilə həyata keçirilir. Bəzi şəbəkə ƏS-ləri, 
məsələn, Novell NetWare, ayrıca kompüter üçün yaramır. Bu halda şəbəkə örtüyündən 
istifadə edilir. UNİX və ya Windows NT həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir. 
Şəbəkə ƏS-nin vəzifələri aşağıdakılardan ibarətdir: 
Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 
Ayrıca kompüterdə proqram işlətmək
Şəbəkədə fayl sisteminin idarə edilməsi; 
İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz 
müdaxilədən qorunmasının idarə edilməsi; 
Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması; 
Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması; 
Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və nəzarət 
edilməsi; 
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi. 


174 
Şəbəkə ƏS-nin proqram təminatı 2 hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi 
modullar şəbəkəni idarə edən sistem cədvəllərinin saxlandığı mərkəzi serverdə işləyir. Bu 
modullar şəbəkə sisteminin nüvəsini təşkil edir. Digər modullar işçi stansiyalarda işləyir. 
Adətən şəbəkə elə qurulur ki, işçi stansiyalar yalnız serverin disklərinə və birgə istifadə 
edilən printerlərə müraciət edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir. 
Lakin Net Link proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin 
proqram hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir. 
 
7.4. Qlobal kompüter şəbəkələri 
7.4.1. Qlobal kompüter şəbəkəsi – İnternet 
İnternet müxtəlif lokal və qlobal şəbəkələr birləşməsindən yaranmış Ümumdünya 
kompüter şəbəkəsidir. İnternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya 
mübadiləsi TCP/IP protokolları üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı 
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet 
vasitəsilə lokal şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir. 
Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə tərzi, dili və əxlaqı ilə seçilən 
informasiya mədəniyyəti törədən informasiya fəzasıdır.
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik 
rabitə xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı 
sürətli, az güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan 
lokal şəbəkələr qoşulur.
İnternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz yoxdur. İnternet texnologiyanın 
köməyi ilə fəaliyyət göstərir və idarə edilir. 
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradıl-
mışdı. Sonra bir-neçə universitet arasında şəbəkə yaradıldı. Bu şəbəkələrin əsasında 
İnternet quruldu.
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır: 
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir; 
Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən təsdiq edilməlidir; 
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir; 


175 
Paketin hərəkət marşrutu ötürmə zamanı müəyyən edilməli və hətta bir xəbər 
daxilindəki paketlər də müxtəlif marşrutlarla ötürülə bilməlidir; 
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir. 
Kommunikasiya protokolu olan İP şəbəkə səviyyəsinin protokolu olub, İnternet 
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir. 
Nəqliyyat protokolu olan TCP informasiyanın ötürülməsinə və bütövlüyünə nəzarət 
edir. Yəni, İnternetdə kompüterlər arasındakı informasiya mübadiləsi İP protokolu ilə 
ötürülən paketlərin TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.
İnternet daxilində hər bir şəbəkə özünəməxsus rabitə texnologiyasına əsaslanaraq 
spesifik tələblərə uyğun fəaliyyət göstərir. Lakin bütün şəbəkələr informasiya paketlərini 
qəbul edib lazımi ünvana ötürə bilir.
İlk vaxtlar İnternet yalnız elmi informasiya mübadiləsini həyata keçirdiyindən
kommersiya xarakteri daşımırdı. Son illərdə İnternetin kommersiya tərəfi daha böyük 
əhəmiyyət daşımağa başlamışdır. 
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları 
əsasında İnternetin İntranet texnologiyası yaranmışdır. 
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif mürəkkəbliyə 
malik məsələlər həll edilməlidir. Belə ki: 
Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir; 
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır; 
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır; 
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və 
marşrutlaşdırma idarə edilməlidir; 
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya 
mübadiləsi reallaşdırılmalıdır; 
İnternet bazasında İntranet texnologiyasına maneəsiz informasiya xidmədi təşkil 
edilməlidir; 
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin