İsa Musayev, Mətləb Əlizadə


Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə130/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   166
 
Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları 
8.1. İnformasiya emalının müasir üsulları 
Müxtəlif təbiətli sistemlərdə informasiyanın emalı qanunlarının ümumiliyi 
informasiya prosesləri nəzəriyyəsinin fundamental təməlini təşkil edir. Bu nəzəriyyənin 
öyrənmə obyekti informasiyadır. İnformasiya anlayışı istifadə edildiyi konkret bilik 
sahəsindən bir qədər kənarda olan mücərrəd anlayışdır. İnformasiya resursları müasir 
cəmiyyətdə maddi resurslardan önə çıxmaqdadır. Belə ki, malı kimə, nə vaxt və harada 
satmaq barədə bilik malın özündən qiymətlidir. Bununla əlaqədar olaraq informasiya 
emalı üsulları diqqət mərkəzinə çəkilir. Hər gün yeni, daha mükəmməl kompüterlər, 
münasib proqramlar, informasiyanın saxlanması, ötürülməsi və mühafizəsi üzrə müasir 
üsullar meydana çıxır. 


179 
Bazar mövqeyindən, informasiya çoxdan əmtəədir. Bu vəziyyət cəmiyyətin 
kompüterləşdirilməsi nəzəriyyəsini, praktikasnı və sənayesini inkişaf etdirmək üçün əın 
güclü stimuldur. 
Kompüter, informasiya mühiti olaraq, nəinki təkcə sənayenin, elmin və bazarın 
təşkilində ciddi keyfiyyət sıçrayışı etmiş, həm də olduqca qiymətli istehsal sahələrinin, o 
cümlədən, hesablayıcı texnika, telekommunikasiya və proqram məhsulları istehsalının ön 
plana çıxmasını şərtləndirmişdir. 
Cəmiyyətin kompüterləşdirilməsi meylləri hesablayıcı texnika və digər müxtəlif 
kateqoriyalı EHM istifadəçiləri şəklində meydana çıxan peşələrin yaranması ilə bağlıdır.
Əgər 60-70-ci illərdə elektronika mühəndisləri və proqramçılar kimi yeni hesablayıcı 
texnika və yeni təbiqi proqram paketləri yaradan mütəxəssislər üstünlük təşkil edirdisə, 
indi hər biri öz spesifik məsələsini həll edən peşəkar olmayan müxtəlif peşə sahibləri 
EHM istifadəçiləridir. İndi istifadəçi yalnız kompüter mühitində informasiya proseslərinin 
təşkilinin ümumi prinsiplərini bilməli, özünə lazım olan informasiya sistemini və texniki 
vasitələri seçməyi və həmin texnikanı öz predmet oblastında tətbiq etməyi bacarmalıdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin