180
havadan, kuryerin sağlamlığından, əhval-ruhiyyəsindən və s-dən asılı idi. İnformasiya
emalının məhsuldarlığı olduqca aşağı idi. Hər bir yazının (məktubun) üzü ayrıca əl ilə
köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.
XIX əsrin sonunda
“mexaniki” informasiya texnologiyası meydana gəldi. Yazı
makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını
prinsipial şəkildə dəyişdirdi. İnformasiya texnologiyasının məhsuldarlığı xeyli artdı.
Mexaniki texnologiya,
mahiyyətcə, mövcud müəssisələrin təşkilati strukturunu
formalaşdırdı.
XX əsrin 40-60-cı illərində
“elektrik” texnologiyası yarandı. Bu texnologiyada
elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi.
Bu texnika müəssisənin fəaliyyətini yaxşılaşdırdı, sənədlərin
emal keyfiyyətini və
hazırlanma sürətini artırdı. 60-cı illərin 2-ci yarısında böyük məhsuldarlığa malik EHM-
lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm
də məzmununa təsir etməyə başladı. Beləliklə, informasiya texnologiyasının
“elektron”
dövrü başlandı.
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm
komponentini – uçotu, təhlili və qərar qəbulunu əhatə edir. Bu komponentlər sənədlərin
kağız ―bataqlığında‖ reallaşdırılır ki, bu bataqlıq da günbəgün dərinləşir.
Avtomatlaş-
dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və
istifadə edilməsi proseslərinin ayrı-ayrılıqda baş verməsidir. Bu o deməkddir ki, müəs-
sisənin ayrı-ayrı bölmələrinin hər biri özünəməxsus ayrıca ―verilənlər bazası‖na malikdir
və bir bölmənin işçiləri ―özgə‖ bölmənin ―verilənlər bazası‖na daxil olmaq hüququna
malik deyildir. Odur ki, hər bölmənin işçiləri özlərinin ―verilənlər bazası‖nı özləri sərbəst
surətdə yaratmağa məcburdur. Bu, orta əsrlərdəki hər ailənin özü üçün tikdiyi yel
dəyirmanına və ya su çarxına bənzəyirdi. Hal-hazırda, demək olar ki, bütün kütləvi tələbat
məhsulları mərkəzləşdirilmiş şəkildə istehsal edilir və tələbata
uyğun şəkildə istehlak
edilir. Bu baxımdan, idarəetmənin avtomatlaşdırılmasının əsas məqsədlərindən biri
müəssisədəki hər bir əməkdaşı, aid olduğu bölmədən asılı olmayaraq məxfilik tələbləri
ödənilməklə lazımi vaxtda, lazımi formada və lazımi həcmdə zəruri informasiya ilə təchiz
etməkdən ibarətdir. Bunun üçün vahid inteqrasiya edilmiş verilənlər bazası, lokal
hesablayıcı şəbəkə və hər bir işçi üçün lazımi avadanlıqlarla
təchiz edilmiş avtomatlaş-
dırılmış iş yeri (AİY) lazımdır. Bu yanaşma müəssisənin kompleks avtomatlaşdırılmasını
181
nəzərdə tutur. Bu isə o deməkdir ki, müəssisə üçün kompüterləşdirilmiş idarəetmə sistemi
yaradılmalıdır ki, burada da alt sistemlərin qarşılıqlı fəaliyyəti təmin edilməli,
informasiyaya operativ müraciət mümkün olmalı və qərar qəbulu dəstəklənməlidir. SSRİ-
də ilk müəssisə avtomatlaşdırılmış idarəetmə sistemləri (MAİS-lər) və verilənlərin emalı
sistemləri (VES-lər) 60-cı illərdə yaradılmışdı. Bunlar kollektiv istifadə olunan
azməhsuldar, nəhəng hesablayıcı texnika ilə təchiz edilmiş müəssisə informasiya-
hesablayıcı mərkəzlər bazasında yaradılırdı. Bu sistemlər əsasən uçot və planlaşdırma
məsələlərini həll edirdi. Çox hallarda isə həll edilən məsələlər yalnız əmək haqqı
hesablamalarından və kadrlar uçotuna aid informasiyanın emalından ibarət olurdu.
Verilənlərlə işləməyin çətinliyi onunla bağlı idi ki, infformasiya sistemində hesablayıcı
texnika ilə yanaşı, informasiyanın kağıza yığılması və İnformasiya-Hesablayıcı
Mərkəzə
daşınması və burada EHM-ə daxiletmə ilə bağlı olaraq perfokartların hazırlanması
prosesləri əl üsulu ilə yerinə-yetirilirdi. Emal nəticələri də kağıza çıxarılırdı.
80-ci illərdə ABŞ-da ―avtomatlaşdırılmış ofis‖ termini geniş yayılmağa başladı.
Burada söhbət bir-sıra idarəetmə funksiyalarının, o cümlədən, mətnlərin hazırlanması,
emalı və redaktə edilməsinin, sistemləşdirilib saxlanmasının, infor-masiya axtarışının,
rəhbər işçilərə informasion xidmət göstərilməsinin və s. avtomatlaşdırılmasından gedirdi.
Bu tip sistemlərin tətbiqi bir-sıra işçilərin, məsələn, katibələrin, referentlərin
funksiyalarının
dəyişilməsinə, onların sayının ixtisar edilməsinə, əmək məhsuldarlığının
yüksəlməsinə səbəb oldu. ―Avtomatlaşdırılmış ofis‖ konsepsiyası bu gün də uğurla inkişaf
edir. Proqram təminatı istehsalçıları olan bir-sıra iri firmalar, o cümlədən, Corel, Microsoft
və s. ―Ofis‖ adlı
175
yeni-yeni inteqrasiya edilmiş proqram paketləri hazırlayır.
Dostları ilə paylaş: