İsa Musayev, Mətləb Əlizadə


 Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə139/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   166
 
8.7.4. Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası 


192 
VB sisteminin arxitekturasının funksional, fəza və informasiya kimi 3 aspekti var-
dır. Bu aspektlər bir-biri ilə sıx bağlıdır. Fəza və informasiya arxitekturaları funksionsal 
arxitekturadan törəmədir.
İnformasiya arxitekturası VB-də informasiya resurslarının paylanma quruluşunu 
xarakterizə edir. 
Fəza arxitekturası funksional komponentlərin yerləşmə fəzasını təsvir edir. Bu 
baxımdan, VB-lər mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB-də 
funksional komponentlərin hamısı bir kompüterdə cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış 
VB lokal, regional və qlobal şəbəkələrdə yaradılır. 
Şəbəkəyə naqilsiz (mobil) qoşulmaların tətbiqi VB arxitekturasını xeyli mürəkkəb-
ləşdirmişdir. İndi şəbəkənin stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi 
işləyir.
Funksional arxitektura funksional komponentlərin funksiyasını, tərkibini və qarşı-
lıqlı əlaqələrini təsvir edir. Bu arxitektura ―müştəri-server‖ konsepsiyasına söykənir. Bu 
konsepsiyada funksional komponüntin biri server şəklində ayrılır. Qalan funksional 
komponentlər müştəri kimi işləyir. 
 
8.7.4.1. Verilənlər bazalarının idarə edilməsi sistemləri (VBİS) 
VBİS-lər fəaliyyətdə olan informasiya sistemlərini qurmaq üçündür. Adətən hər bir 
konkret sistem müəyyən verilən modelinə əsaslanır və həmin model üçün xarakterik olan 
əməliyyatları saxlayır. 
Müasir VBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı (relyasiyalı) modelinə əsaslanır 
və verilənlərin axtarılıb seçilməsi üçün SQL (Struktured Query Language) dilindən 
istifadə edilir.
Relyasiyalı bazanı Microsoft Access proqramının köməyi ilə yaratmaq mümkündür. 
 
8.7.4.2. VBİS-lərin dil vasitələri 
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. Dil vasitələri verilən mode-
lində müxtəlif üsullarla reallaşdırılır. İxtisaslı mütəxəssislər, məsələn, mürəkkəb tətbiqi 
sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis formada verilir. Digər hallarda dilin 
funksiyaları 4-cü nəsil dil (4GL) adlandırılan istifadəçi interfeysi formasında, yəni, 
gizlədilmiş şəkildə, məsələn, menyü, dialoq ssenariləri və ya istifadəçi tərəfindən 


193 
doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında reallaşdırılır. 
İstifadəçi interfeysindən daxil edilən verilənlər interfeysin müvafiq sintaksis 
konstruksiyalarına çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün nəzərdə 
tutulmuş VBİS-lərdə geniş tətbiq edilir. 
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili (QBE – Query-By-Example) tətbiq 
edilir. Bu dildə sorğu cədvəl sətr və sütunlarının doldurulması formasında daxil edilir. 
Sonra avtomatik surətdə SQL dilinə çevrilərək icraya verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy-
yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi-
yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili 
(VTD) ilə təmin edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD vasitəsilə 
təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin strukturunu təsvir edir. VB sxemi əslində 
predmet oblastının intensional modelidir. 
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki verilənlərə müraciət etməyə 
imkan verir.
Relyasiyalı dil olan SQL hər iki dili özündə birləşdirir. Sorğu dili olmaqla SQL 
geniş tətbiq edilir. SQL-lə yanaşı, relyasiyalı dil olan QueldBase dilləri də geniş 
yayılmışdır. dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır. 
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana çıxan 
uzlaşma çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: Paskal, 
Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı. 
Bu məqsəd üçün C++Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün 
ODMG 
standartının yaranmasına gətirib çıxardı. ODMG standartı tətbiqi 
proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili 
ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin