197
komendantı VB-nin hazırlanmasından
xəbər tutub, belə bir təklif verə bilər ki, hər bir
tələbəyə aid yazıda, hansı tələbənin hansı otaqda yaşaması,
yataqxanada yaşamaq üçün
müəyyən edilmiş məbləğin nə vaxt ödənilməsi, yataq ağlarının axrıncı dəfə nə vaxt
dəyişdirilməsi haqqında məlumatlar da əks etdirilsin. Rektorluğa
növbəti kursa keçmə
haqqında əmrin nömrəsi və tarixi, tədris şöbəsinə tələbənin hansı qrupa daxil edilməsi,
tələbənin,
deyək ki, günün muəyyən saatına hansı auditoriyada olması, dərs deyən
myəllimin kimliyi maraqlı ola bilər.
Fərz edək ki, hər hansı müəssisə tikinti və təmir işlərini həyata keçirir. Həmin işlər bir
sıra obyektlərdə görülür. Tikinti və təmir işlərinin həyata keçirilməsi üçün müxtəlif
materiallar alınır, müxtəlif anbarlarda saxlanılır və həmin anbardan
müxtəlif obyektlərə
ayrı-ayrı vaxtlarda tikinti və təmir işləri üçün materiallar buraxılır. Hansı anbara hansı
materialların nə vaxt daxil olması, hansı anbarda obyektə müəyyən müddət ərzində
buraxılmış materialların adı, məbləği və i. a. ilə əlaqədar hər cür məlumatlar əldə etmək
tələb olunur.
Nəzərdən keçirilən məsələlərin həlli üçün lazım olan məlumatlar bir strukturda
birləşdirilmiş olsa, aydın
məsələdir ki, işləmə qabilliyyəti olmayan konstruksiya
alınacaqdır. Yəni belə baza yaradılsa və ona yazılar əlavə edilsə də, real istismar vaxtı elə
problemlər ortaya çıxacaq ki, onların aradan qaldırılması müşkül olacaq və məsuliyyət də
səriştəsiz qərar qəbul etmiş bazanı yaradanın üstündə qalacaqdır.
Yaradılan hər bir VB-nin arxasında iki tərəf durur. Bunlardan birincisi sifarişçi,
ikincisi isə bazanı yaradandır. Bazanı yaradan VBİS imkanlarını,
sifarişçi isə bu və ya
digər səviyyədə ona nə lazım olduğunu bilir. Bazanın normal quruluşunu o halda yaratmaq
mümkün olur ki, sifarişçi öz tələblərini axıra qədər dəqiq müəyyənləşdirmiş olur, bazanı
yaradan isə sifarişçinin tələblərini dəqiq anlayır və onları optimal şəkildə reallaşdıra bilir.
Dostları ilə paylaş: