İsa Musayev, Mətləb Əlizadə


VB-də cədvəllər arasında əlaqələr



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə144/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   166
VB-də cədvəllər arasında əlaqələr. 
VB-nin yaradılması və onun idarə edilməsi konkret VBİS-in köməyi ilə həyata 
keçirilir. 1996-cı ildən başayaraq Windows 95 əməliyyat sistemi fərdi kompüterlər (FK) 
ücün standart hesab edilir və Windows əməliyyat sisteminin sonrakı versiyaları üçün baza 
rolunu oynayır. 
Windows əməliyyat sisteminin verdiyi üstünlüklərdən istifadə edə bilən ən populyar 
və qeniş yayılmış VBİS Access Microsoft, Paradox 7 for Windows NT, Borland Apposh 
for Windows 95, Lotus hesab edilir. Bunların içərisində öz mükəmməlliyinə və VB 


198 
yaradıcılarının ehtiyaclarını daha dolğun ödəmək imkanlarına görə ParadoxAccess 
VBİS daha cox fərqlənir. 
Əlbəttə, diğər VBİS (məsələn, Dbase, Clippe, db-VİSTA, Xbase, PROGRESS, DB 2, 
Oracle Universal Server, Oracl 7.3, Oracl, Informix Online Dynamic, Navigation Server 
və i.a.) də mövcuddur və bunların biri diğərindən tətbiq edilə bildikləri əməliyyat mühiti, 
interfeys imkanları, resursların bölüşdürülməsi imkanına malik olub-olmaması, topologiya 
imkanlarına, məlumatlar arasında əlaqələrin tipinə və eləcə də bir sıra başqa xüsusiyyət-
lərinə görə fərqlənir. 
Qayıdaq VB-yə örnək gətirdiyimiz məsələlərə. Hər hansı ali məktəbin rektorluğu, 
dekanlığı, tədris şöbəsi və yataqxana komendantının sorğularını aşağıdakı 5 cədvəlin 
köməyi ilə təmin etməyə çalışaq. Bu cədvəlləri şərti olaraq aşağıdakı kimi adlandıraq: 
Tələbələr, Mənimsəmə, Yataqxana, Dərs Cədvəli, Müəllimlər. 
Tutaq ki, bu cədvəllərdə aşağıdakı məlumatlar əks etdiriləcəkdir. 
VB-ni təşkil edən müxtəlif cədvəllər arasında əlaqə yaradılmasından ötrü həmin 
cədvəllərdə elə sahələr seçilməlidir ki, onlar unikallıq xassəsinə malik olsunlar. Unikallıq 
ondan ibarətdir ki, cədvəldə həmin sahədə giyməti eyni olan iki və daha çox yazı 
olmamalıdır. Cədvəllər arasında relyasiya əlaqəsinin yaradılması üçün istifadə edilən bu 
cür unikal sahələri ilkin açar adlandırmaq qəbul edilmişdir. 
Nəzərdən keçirdiyimiz misalda ilkin açar kimi tələbənin şifri sahəsindən istifadə edilə 
bilər. Belə ki, VB-nin cədvəllərində şifri eyni olan iki tələbə olmayacaq. 
Ayditoriyaların uçotunun aparılması üçün ilkin açar kimi auditoriyanın nömrəsindən 
istifadə etmək arzu edilərdi. Lakin eyni bir auditoriyada müxtəlif vaxtlarda müxtəlif 
müəllimlərin müxtəlif qruplarda dərs keçmək imkanına malik olması səbəbindən 
auditoriyanın nömrəsi sahəsi Dərs cədvəli və Müəllimlər cədvəllərində unikal sahə kimi 
ğötürülə bilməz. Bununla belə, auditoriya və vaxt sahələrinin qiymətlərini birləşdirmək 
yolu ilə mürəkkəb ilkin açar düzəltmək və bundan istifadə etməklə Tələbələr cədvəli ilə 
Dərs cədvəllərini əlaqələndirmək olar. 
Relyasiya tipli VB işlənib hazırlanarkən əlaqəni istiqamətləndirən cədvəli əsas 
cədvəl, əlaqə istiqamətlənən cədvəli isə tabe cədvəl adlandırmaq qəbul edilmişdir. Bizim 
misaldakı tələbələr-mənimsəmə, tələbələr-yataqxana cədvəllərindəki əlaqələrdə tələbələr 
əsas cədvəllərdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin