İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə147/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   166
Sənədlərin təqdimatı. Mətni axtarış sistemlərində saxlanan sənəd kolleksiyaları 
olduqca iri ola bilir. Sənəddəki mətnlər də iri həcmli ola bilir. Buna görə də bütün mətnin 
təhlili səmərəli deyil. Vəziyyətdən çıxış yolu sənədin struktur təqdimatı ilə, başqa sözlə, 
sənədin təqdimat nümayəndələri ilə işləməkdən ibarətdir. 
Sənədlərin indeksləşdirilməsi. Sənədlərin təqdimatı onların xassələri (atributları) 
çoxluğu ilə yaradılır. ―Dublin nüvəsi‖ (DC 1.1) adlanan beynəlxalq standartda sənədin 
təqdimatı 15 metaverilən elementlə verilir: 
Title (resursun adı); 
Creator (resursu hazırlayan və buna məsul olan şəxs, təşkilat və ya şöbə); 
Subject (resursun məzmununda müzakirə edilən mövzu); 
Deskription (resursun məzmununun sərbəst formada təsviri); 
Publisher (resursa müraciət təmin edən şəxs, təşkilat, şöbə); 
Contributor (Creator-da göstərilənlərdən əlavə, resursun hazırlanmasında iştirak 
edənlər); 
Date (resursun yaradılması və ya təqdim edilməsi tarixi); 
Type (resursun janrı, kateqoriyası və digər xarakteristikaları); 
Format (resurs təqdimatının xarakteri); 
İdentifier (resursa dəqiq iqtibas); 
Source (resursun götürüldüyü mənbəyə iqtibas); 
Language (resursun təqdimat dili); 
Relation (verilənlərlə əlaqəli resursa iqtibas); 
Coverage (resursun aid olduğu sahə, zaman və s.); 


202 
Rights (resursa intellektual mülkiyyət hüququ).
Kvalifikatorlar – metaverilən elementlərin semantikasının dəqiqləşdiriciləri ―Dublin 
nüvəsi‖ndəki qeyri-müəyyənlikləri aradan qaldırır. Məsələn, Date elementi üçün yaradıl-
ma tarixi, müraciət tarixi kimi dəıqiqləşdirmə etmək olar. 
Sənədlə assosiasiyalanmış ixtiyarı atribut indeksləşdirilmiş xassə adlanır. Bu 
xassələrə əsasən axtarış sistemində verilənlərin köməkçi strukturu qurulur ki, bunun 
köməyi ilə sənədin bütün məzmununa baxmadan lazımi sənədi axtarıb tapmaq olur. 
Köməkçi struktur indeks, göstərilən atributların sənədlə assosiasiyalanması propsesi 
sənədin indeksləşdirilməsi adlanır.
Köhnə axtarış sistemlərində deskriptor adlanan ayrı-ayrı söz və söz birləşmələrin-
dən istifadə olunurdu. Deskriptor sənədin axtarış obrazı idi. Bu sistemlər deskriptorlu 
sistem adlanırdı. Deskriptorlu sistemlər hələ də istifadə edilir. 
Sənədlərin indeksləşdirilməsi sənədin annotasiyası və ya tam mətni əsasında müəllif 
tərəfindən adi qaydada, ya da sənədin kompüter təhlili yolu ilə avtomatik həyata keçirilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin