İsa Musayev, Mətləb Əlizadə


İstifadəçi sorğularının təqdimatı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə148/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   166
İstifadəçi sorğularının təqdimatı. Mətni axtarış sistemlərinin digər mühüm məsə-
ləsi istifadəçi sorğularının məzmununun strukturlaşdırılmış təqdimatıdır. Sorğuların 
təqdimatı da sənədlərin təqdimatına uyğun prinsiplərdən çıxış edərək hazırlanır. Əks 
halda sorğu ilə axtarış obyektini müqayisə etmək mümkün olmaz. 
Sənədlərin relevantlığı kriteriləri. İstifadəçi sorğusunun emalı prosesində növbəti 
baxılacaq sənədin relevantlığı qiymətləndirilməlidir. Bu məqsədlə relevantlıq (yaxınlıq
kriterisindən istifadə edilir. Bu kriteri sənəd və sorğunun təqdimat üsulundan asılıdır. 
Məsələn, deskriptorlu sistemlərdə sənəd o zaman relevant sayılır ki, sorğudakı axtarış 
obrazını əmələ gətirən deskriptorlar sənədin axtarış obrazındakı deskriptorlar 
çoxluğunun alt çoxluğu olsun. Müasir sistemlərdə daha mürəkkəb kriterilərdən istifadə 
edilir. 
Mətni axtarışın ümumi prinsipləri. Müasir mətni axtarış sistemlərində sənədlərin 
indeksləşdirilməsi və təqdimatı, istifadəçi sorğularının təqdimatı və sənədlərin relrvant-
lığının qiymətləndirilməsi üçün çoxsaylı yanaşmalar tətbiq edilir. Buna baxmayaraq
axtarışın təşkilinin müəyyən ümumi prinsipləri də mövcuddur.
Sənəd sistemə daxil edilərkən indeksləşdirilir və təqdimatı hazırlanır ki, bu da sor-
ğuların emalı zamanı həmin sənədin əvəzedicisi kimi çıxış edir. Sonra konkret sənədlərin 
indeksləşdirilən xassələri əsasında sənədlər kolleksiyası avtomatik indeksləşdirilir.


203 
İstifadəçi sorğusu sistemə daxil olan kimi onun da təqdimatı hazırlanır. Bu, sənədin 
təqdimatına anolijidir. Sonra sorğu təqdimatı yaxınlıq kriterisi üzrə sənəd təqdimatları ilə 
bir-bir müqayisə edilir. Uyğunluq şərti ödəndikdə axtarış bitir. 
 
8.8.3. Linqvistik təminat vasitələri 
Mətni axtarış sistemlərində tammətnli sənədlərlə işləyərkən təbii dilin emalı 
vasitələrindən istifadə edilir. Bu vasitələr sözügedən sistemlərin son dərəcə mürəkkəb 
komponentləridir. Təbii dilin emalı vasitələri mətn sənədlərindəki və sorğulardakı term-
ləri (söz və söz birləşmələrini, frazaları) təhlil edib onların məzmununu aydınlaşdırır, 
termlər arasındakı münasibətləri aşkarlayır və səmərəli axtarışı təmin edir. Bu məqsədlə 
mətni axtarış sistemlərində linqvistik təminat vasitələri kompleksindan istifadə edilir. Bu 
kompleksə müxtəlif lüğətlər, tezauruslar, sistemin predmet oblastının ontoloji xüsusiy-
yətlərini əks etdirən materiallar daxildir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin