İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə149/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   166
Sistem lüğətləri. Təbii dilin emalı ilə məşğul olan mətni axtarış sistemlərində həm 
ümumdil leksikası, həm də predmet oblastı leksikası üzrə lüğətlərdən istifadə edilir. Bu 
lüğətlər mətnin morfoloji təhlilinə və axtarış zamanı müxtəlif qrammatik formalardakı 
sözləri tanımağa imkan verir. 
Tezauruslar. Mətn sənədlərinin formal təqdimatında tezaurus adlanan xüsusi 
lüğətlər mühüm rol oynayır. Tezaurus – dilin əsas anlayışları lüğətidir. Tezaurus həm də 
sorğunu genişləndirmək üçündür. 
Ontoloji materiallar. Təbii dildə təqdim edilmiş mətn sənədlərinin və axtarış 
sorğularının adekvat dərki (interpretasiyası) üçün sistem predmet oblastının əsas 
anlayışlarını və onların arasındakı müxtəlif semantik əlaqələri təyin edən vasitə olmalıdır 
ki, buna da ontoloji materiallar deyilir. Buraya predmet oblastının tezaurusu, birinci 
dərəcəli məntiq dilləri və s. aiddir. 
 
8.8.4. Axtarış modelləri 
Axtarış modeli anlayışı. Axtarış modeli dedikdə, sənədlərin və sorğuların təqdimatı 
üsulları və relevantlıq kriterisinin növü və bunların əlaqələndirilməsi nəzərdə tutulur. 
Sadə axtarış modeli. Bu modellər deskriptorlu və klassifikatorlu axtarışı təsvir edir. 
Aidi axtarış modeli. Mətndə tez-tez rast gələn söz və söz birləşmələri əsasında 
axtarışı təsvir edir. 


204 
Məntiqi (Bul) axtarış modeli. Bu halda VƏ, VƏ YA, DEYİL operatorlarından 
istifadə edilir. 
Vektor axtarış modeli. Bu halda sənəd və sorğular vektor kimi təsəvvür edilir. 
Sənəddəki və sorğudakı söz və sözbirləşmələrinin lüğətdəki koordinatları əsas rol 
oynayır. Axtarılan söz sənəddə varsa, onun koordinatına 1, əks halda 0 yazılır. 
 
8.8.5. Mətni axtarış sistemlərinin vəziyyəti və yeni tələblər 
İlk mətni axtarış sistemləri kitabxana işi üçün nəzərdə tutulsa da, hal-hazırda bu, 
insan fəaliyyətinin bir çox sahələrinə uğurla tətbiq edilir. Xüsusən qlobal informasiya 
məkanı olan Veb-lə bağlı təkamül intensiv xarakter almışdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin