19
Dil informasiyanın təqdimatı vasitəsidir. Dilin təməlində işarələr (səslər, hərflər,
jestlər) yığımı durur. İşarələrin qrammatik qaydalara uyğun düzülməsi dilin əsas obyekt-
lərini (sözləri) əmələ gətirir. Sözlərdən cümlə düzəldilməsi qaydasına sintaksis deyilir.
Dillərdən biri də formal dildir. Buraya: say sistemləri, cəbr dili, proqramlaşdırma
dilləri və s aiddir. Formal dilin qrammatikası və sintaksisi ciddi qaydalara söykənir.
Say sistemi, formal dil olaraq, obyektləri (ədədləri) adlandırmağa, yazıb-oxumağa və
hesabi əməllər icrasına imkan verir.
2.5.2. Canlı orqanizmlərdə informasiyanın təqdimatı
İnsan ətraf mühit haqqındakı informasiyanı hiss üzvləri vasitəsi ilə qəbul edir. Əsəb
telləri (reseptorlar) hiss üzvlərinin verdiyi informasiyanı (təsiri) neyronlara (əsəb
hüceyrələrinə) ötürür. Bu hüceyrələr zənciri əsəb sistemini əmələ gətirir. Neyron 2
vəziyyətdə ola biləndir: həyəcanlı və həyəcansız. Həyəcanlı neyron elektrik impulsu
yaradıb əsəb sistemi ilə ötürür. Bu iki vəziyyətə neyron dilinin əlifbası kimi baxmaq olar.
Beləliklə, canlı orqanizmdə informasiya təqdimatı neyron dili vasitəsi ilə baş tutur ki, bu
da 2-lik say sistemində işləmək deməkdir. Yəni kompüterin 2-lik say sistemində işləməsi
təsadüfi deyildir.
2.5.3. İnformasiyanın kodlaşdırılması
İnformasiya təqdimatının bir formadan (işarələr sistemindən) digərinə keçirilməsinə
kodlaşdırma deyilir. Kodlaşdırma mahiyyətcə, tərcümə olduğundan, uyğunluq (ekviva-
lentlik) cədvəlinə (lüğətə) əsaslanır. İnformasiya mübadiləsi zamanı kodlaşdırma (tərcü-
mə) və dekodlaşdırma (əks tərcümə) baş verir. Məsələn, klaviatura sıxılan düymə
kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürdükdən sonra monitor həmin 2-lik
rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.
Dostları ilə paylaş: