210
və bölünməz tam deyildir. Burada informasiya resursu
vahidi kimi həm bütövlükdə
sənəd, həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri götürülə bilir. Bundan əlavə,
veb-serverdə sənədlər və ya fraqmentlər arasındakı hiperiqtibaslar
əvvəlcədən təyin
edilmiş şəkildə olur. Bu qayda ilə sənədlərin mürəkkəb strukturu yaradılır. İstifadəçi
istədiyi sənədə və ya fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.
Hipermətn dedikdə, bir-biri ilə
hiperiqtibas adlanan məzmun əlaqələri olan sənədlər
çoxluğu nəzərdə tutulur. Hipermətn elə
mürəkkəb strukturlaşdırılməş mətndir ki, onun
strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək üçün veb-brauzer adlanan
proqramdan istifadə edilir. Adi mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və
ya axırdan-əvvələ ardıcıl baxmaq olar. Lakin hipermətn qeyri-xətti quruluşludur. Buna
görə hipermətnə istənilən qaydada baxmaq mümkündür.
Bu xassəsinə görə, hipermətn
elektron lüğətlərin, ensiklopediyaların, dərsliklərin və s. qurulması üçün çox səmərəlidir.
Hipermətn ideyası ilk dəfə ABŞ prezidenti T. Ruzveltin elm üzrə məsləhətçisi V.
Buş tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə amerika alimi T.Nelson
tərəfindən reallaşdırıldı.
Dostları ilə paylaş: