29
3.2.1 EHM-ə qədərki tarixi dövr. Ən qədim hesab aləti təbiətin insana bəxş etdiyi əl
barmaqlarıdır. Ədəd və fiqur anlayışları gerçək dünyadan götürülmüşdür. 10 barmaqla
saymaq ilk hesab əməli olmuşdur. Əlbəttə, bunu yaradıcılığın
məhsulu hesab etmək
düzgün olmazdı. Bir-çox dillərdəki say adları göstərir ki, ibtidai insanın
saymaq aləti
əsasən onun əl barmaqları olmuşdur. Təsadfi deyil ki, qədim ruslar təklik rəqəmi ―перст‖
(barmaq), onluq ədədi ―состав‖ (tərkib), bütün qalan sayları ―сочинение‖ (qurama)
adlandırmışlar. Bir-çox xalqlar əl mənasını ―beş‖ sözünə yükləmişlər. Məsələn, malaylar
―lima‖dedikdə, həm əl, həm də ―beş‖ nəzərdə tuturlar. Barmaqlar əsasında 5-lik,10-luq və
20-lik say sistemləri yaradılmışdır. Bir sıra xalqlar hələ də barmaq hesabı saylardan
istifadə edirlər. Barmaq hesabı Romada da geniş yayılmışdı.
Barmaq hesabı ilə yanaşı, ən qədim dövrlərdən ilk hesablama alətləri də yaranmağa
başlamışdı. Buna misal, naxışlı (oymalı) çubuqlar
52
və düyünlü qaytanlar (iplər) göstərilə
bilər. Lakin bu üsullar və vasitələr ticarətin inkişafı ilə bağlı hesablamalara artan tələbatı
ödəmək iqtidarında deyildi. Yazılı hesablamanın inkişafına 2 cəhət mane olurdu. Əvvəla,
yazı üçün işlədilən gil və mum lövhələr bu işə yaramırdı. İkincisi də,
o dövrdə istifadə
edilən say sistemləri ilə hesab əməlləri aparmaq çətin idi. Odur ki, ―abak‖ deyilən ilk
hesab aləti yaradıldı. Bu, bizim eradan əvvəl 500-cü ilə təsadüf edirdi.
Abak müasir
çötkənin ulu əcdadı hesab olunur. Bu barədə yuxarıda ətraflı məlumat verilmişdir.
Dostları ilə paylaş: