İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə34/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   166
3.8.2 Operativ yaddaş. Operativ yaddaş modullardan təşkil edilmişdir. Yaddaş 
modulları dedikdə, üzərində yaddaş BİS-ləri
92
quraşdırılmış lövhələr nəzərdə tutulur. 
Operativ yaddaşın əsas xarakteristikası yazıb-oxuma sürətidir. Müasir modulların sürəti 
800 MHs-ə, həcmi 512 Mbayta çatır. 
Operativ yaddaş, əslində, daxili ünvanlaşdırılmış yaddaşdır. Operativ yaddaş bəzən 
birbaşa müraciət yaddaşı (RAM-Random Access Memory) da adlanır. Kompüterlərin həm 
də sabit yaddaşı olur. Yalnız informasiya oxumaq üçün olduğundan, buna ROM (Read-
Only Memory) deyilir.
Müasir fərdi kompüterlərdə ünvanlaşdırılmış yaddaşın həcmi ilə faktiki qurulmuş 
operativ yaddaşın həcmi praktiki olaraq həmişə fərqli olur. Belə ki, məsələn, ünvanlaş-
dırılmış yaddaşın həcmi 64Qbayt olsa da, qurulmuş operativ yaddaşın həcmi 64Mbayt 
təşkil edir. 
Aralıq nəticələr də operativ yaddaşda saxlanır. Kompüterin məhsuldarlığı həm də, 
operativ yaddaşın sürətindən asılıdır. Odur ki, kompüterin inkişafının əsas istiqamətlə-
rindən biri də operativ yaddaşın işləmə sürətinin artırılmasından ibarətdir. Elektromaqnit 
mahiyyətli olduğundan, kompüter sönən kimi operativ yaddaşdakı informasiya pozulur. 
Buna görə də kompüter söndürülməzdən əvvəl operativ yaddaşdakı informasiya maqnit 
mahiyyətli vinçesterə köçürülür.
92
Böyük inteqral sxemlər


47 
Sabit yaddaş (ROM) kompüteri hazır vəziyyətə gətirmək üçündür. Burada işə 
başlama proqramları, o cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, giriş-
çıxış baza sistemi (BİOS- Base İnput Output System) və diaqnostika proqramları saxlanır. 
Sabit yaddaşın məzmunu dəyişməzdir
93
.
Fərdi kompüterdə operativ yaddaş ana plataya əlahiddə qurğu kimi qoşulur. 
Operativ yaddaş triggerlər sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və 1) ola 
bilən elektron qurğudur. Sabit yaddaşda isə 1 və 0-lar inteqral sxemlər şəklində hazır-
lanmışdır. Buna görə də cərəyan kəsiləndə operativ yaddaşın məzmunu pozulur, sabit 
yaddaşınkı pozulmur. Yaddaşla prosessor arasındakı informasiya mübadiləsinin sürəti 
yaddaşın sürətini müəyyən edir. Prosessor hesablama nəticələrini registrə, oradan da 
operativ yaddaşa ötürür. Operativ yaddaşdakı informasiya da əvvəlcə registrə, sonra 
prosessora ötürülür.
Xarici yaddaş praktiki olaraq hüdudsuz həcmə malik nisbətən ucuz yaddaşdır. Ope-
rativ yaddaşın sürətini artırmaq üçün keş-yaddaşdan istifadə edilir. Keş-yaddaş 
prosessorla operativ yaddaş arasında yerləşir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin