İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə35/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   166
3.8.3 Sistem şinləri. Sistem şini dedikdə, bütün şinlərin məcmusu nəzərdə tutulur. 
Sistem şininin əsas funksiyası prosessorla digər elektron komponentlər arasında 
informasiya mübadiləsini həyata keçirməkdən ibarətdir. Müasir fərdi kompüterlərdə 64 
mərtəbəli (xətli) şinlərdən istifadə edilir ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. 
Buna 32 mərtəbəli ünvan şini uyğun gəlir. 
 
3.9. Periferiya qurğuları: təyinatı və xarakteristikası 
3.9.1 Giriş qurğuları. Kompüterə informasiya daxil edən qurğulara: klaviatura, mış, 
trekbol, coystik, skaner, dicitayzer, sözanlayan qurğu və s. aiddir. 
Klaviatura hələ əsas giriş qurğusu olaraq qalır. Klaviatura düymələri nömrələn-
mişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri (ShiftCtrlAlt
Caps LockNum Lock) klaviatura düymələrinin nömrələrini dəyişir. Klaviatura 
bütövlükdə 510-a qədər işarə daxil etməyə imkan verir. 
Mış və trekbol koordinatlı daxiletmə qurğusudur. Yəni, bunları müstəvi üzərində 
hərəkət etdirdikdə displey ekranında üfqi və şaquli hərəkət edən kursor informasiyanın 
93
Bəzi sabit yaddaş növlərinin məzmununu dəyişdirmək mümkündür.


48 
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə 
çevrilmiş mışdır. Trekbolun fırlanan kürəsini barmaqla fırlatmaqla kursoru lazımi yerə 
gətirmək mümkündür. 
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da 
mış kimi işləyir. 
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir. 
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş-
dirmə sistemlərində istifadə edilir. 
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib kompüterə ötürür. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin