İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə47/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   166
Alqoritmin formal icrası. Alqoritm informasiya proseslərinin gedişini formallaş-
dırmağa imkan verir. Yəni əməllər ardıcıllığı yerinə yetirilərkən məzmun rol oynamır.
Kompüter – alqoritmin avtomatik icraçısıdır. Kompüterə aydın olan proqramlaş-
dırma dilində yazılmış alqoritm proqram adlanır.
 
5.1.2. Alqoritmik strukturların əsas tipləri 
Xətti quruluş. 
Müxtəlif alqoritmlər mövcuddur. Bir-birinin ardınca icra edilən əmrlər seriyasından 
ibarət olan alqoritmlər xətti alqoritm adlanır. Əyanilik üçün blok-sxemdən istifadə olunur: 


64 
Budaqlanan quruluş. 
Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər 
əmrlər seriyasının icrası həmin şərtin ödənib-ödənməməsindən asılı olur. Şərt mülahizə 
şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə 
adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2 
dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s. 
Mürəkkəb şərt bir-biri ilə məntiq əməli ilə bağlanmış sadə şərtlər ardıcıllığıdır. 
Məsələn, 5>3 And 2*8=4*4. 
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir: 
qrafik formada (blok-sxem şəklində); 
proqramlaşdırma dilində, məsələn, Visual BasicVBA dillərində, if şərt 
operatoru vasitəsilə. 
İlk (if) açar sözdən sonra şərt yerləşməlidir. İkinci (Then) açar sözdən sonra isə 
əmrlər seriyası (şərt ödənirsə, 1-ci seriya) yerləşir. Şərt ödənmirsə, üçüncü (Else) açar 
sözdən sonra 2-ci seriya əmrlər yerləşir: 
Visual Basic-də: 
VBA-da 
If Şərt Then
if Şərt_ 
Seriya 1 
Then Seriya 1_ 
[Else
[Else Seriya 2] 
Seriya 2] 
End if 
Əmr 1 
Əmr 2 
... 
Əmr N 


65 
Şərti keçid operatorunu çoxsətrli və birsətrli formalarda yazmaq olar. Çoxsətrli 
formada bu, if...Then...Else...End if şəklində yazılır. Bu halda Then şərtlə bir sətrdə 
yazılır. Əmrlər seriyası (seriya 1) ikinci sətrdə yerləşir. Else üçüncü sətrdə, seriya 2 
dördüncü sətrdə, End if beşinci sətrdə yazılır.
Birsətrli formada if...Then...Else... şəklindən istifadə edilir. Əgər bu yazılış bir sətrə 
yerləşməzsə, onda onu bir neçə sətrə bölmək olur. Bu zaman sətrin bölündüyünü 
kompüterə anlatmaq üçün probeldən sonra altdan xətt işarəsi qoyulur ( _ ). Müxtəsər 
formada Else olmaya da bilər
95
.
Şərt ödənmirsə, növbəti əmrlər seriyası icra edilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin