İsa Musayev, Mətləb Əlizadə


Formalar konstruktoru pəncərəsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə57/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   166
Formalar konstruktoru pəncərəsi. Bu, əsas işçi pəncərədir və inteqrasiya edilmiş 
Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl-
ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni, 
frm1 obyekti məhz konstruktor pəncərəsində yerləşir. Formanın yerini və ölçüsünü 
dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur. 
100
subroutine – alt proqram
101
Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD-ROM-dan yükləmək 
lazımdır.
102
Project1 - layihənin müvəqqəti adı, Microsoft Visual Basic - proqram mühiti, [design] - cari iş rejimi -
layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur. 


77 
Proqram kodu pəncərəsi. Proqram kodu proseduru saxlanan modul forma ilə sıx 
bağlıdır. Mətni daxil etmək və redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə 
edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View-Code] əmri 
ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada 
yerləşdiriləcək layihə obyektlərini, sağ siyahı isə seçilmiş obyekt üçün mümkün olan 
hadisələri əks etdirir.
Alətlər paneli. İnteqrasiya edilmiş mühit pəncərəsinin sol hissəsində alətlər paneli 
(ToolBox) var ki, burada da idarəedici elementlərin piktoqramları yerləşir. İdarəedici 
elementlərin standart yığımı 21 obyekt sinfini əhatə edir. Buraya: CommandButton (əmr 
düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş-
dirmək imkanı da vardır. Məsələn, standart siyahıya mətn sahəsinin təkmilləşdirilməsi 
(RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək 
olar. Alətlər panelindəki lazımi elementi mışla seçib layihələşdirmə formasına gətirmək 
mümkündür. Bu zaman həmin elementin üzü köçürüldüyündən, istənilən sayda nüsxə 
köçürmək olur: Command1Command2Command3 və s.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin