80
Formanın rənginin və şriftin parametrlərinin verilməsi. Layihənin xarici görünü-
şünü cazibədar etmək üçün obyektlərə məxsus görünüşü dəyişən
xassələrin qiymətlərini
dəyişmək və
Print metodundan istifadə etmək lazımdır. Bunun üçün:
6.
frm1 formasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində
BackColor (fonun
rəngi) xassəsini seçməli və sol düymə ilə açılan dialoq pəncərəsində rənglər palit-
rasından bir rəng, məsələn, sarı rəng seçməli.
7.
lbl1 metkasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində
BackColor üçün
yaşıl rəng,
ForeColor (üst yazı) üçün göy rəng,
Font (şriftin ölçüsü) üçün 18,
Alignment (düzləndirmə) üçün mərkəz seçməli.
8.
txt1 mətn sahəsini aktivləşdirməli. Obyekt
xassələri pəncərəsində ForeColor (üst
yazı) üçün qırmızı rəng,
Font (şriftin ölçüsü) üçün 14 və kursiv,
Alignment
(düzləndirmə) üçün mərkəz seçməli.
9.
cmd1 düyməsi üzərində sol düyməni iki dəfə basmaqla Proqram kodu pəncərəsini
açmalı və
cmd1_Click() prosedurunu və
Font.Size = 12 sətrini daxil etməli.
10. Layihəni işə buraxdıqdan və
Print metodu düyməsini basdıqdan sonra qrafik
interfeysin yeni görünüşü ekrana çıxacaqdır.
11. Forma faylını [
Save Form1.frm As…]
əmri ilə frmVB1.frm adı ilə, layihə faylını
isə [
Save Project As...] əmri ilə
prjVB1.vbp adı ilə yaddaşa yazmalı.
Yəni, layihəni \
textbook\
VB\
prjVB1\ adı ilə saxlamalı.
QEYD: Kompüterdə
Visual Basic sistemi yoxdursa,
VBA-dan istifadə etmək olar.
VBA-nı
Microsoft Excel elektron cədvəlindən çağırmaq üçün
Excel/
Servis/
Makros /
Redaktor Visual Basic marşrutu ilə gedib
Menu/
Insert/
Uzer Form marşrutu ilə forma
pəncərəsini açmaq lazımdır.
Sonra alətlər panelindəki A düyməsi ilə metka (
Label)
yaratmaq olar. Bu məqsədlə
Name bəndi üzərində sol düyməni 2 dəfə basıb
L1 metkası,
Caption bəndində isə metkanın münasib adını daxil etmək lazımdır. Əgər yaradılan layihə
iki ədədin fərqini hesablayan proqram kodundan ibarətdirsə, münasib ad ―Azalan‖ ola
bilər. Sonra alətlər panelindəki
ab düyməsi ilə mətn sahəsi (
TextBox) yaradılır.
Bunun
üçün
Name bəndi sol düymə ilə açılır və mətn sahəsi
t1 adlandırılır. Sonra alətlər
panelindəki
A düyməsi ilə
Name-də
L2 metkası,
Caption-da ―Çıxılan‖ (
Enter), sonra
ab
düyməsi ilə
TextBox-da
Name-də
t2 mətn sahəsi, sonra
A düyməsi ilə
Name-də
L3
metkası,
Caption-da ―Fərq‖ (
Enter), sonra
ab düyməsi ilə
TextBox-da
Name-də
t3 mətn
sahəsi yaradılır. Bundan sonra forma üzərində əmr düymələri (Hesabla, Təmizlə, Son)
81
yaradılır. Bu məqsədlə alətlər panelindəki
CommandButton düyməsini basıb
Name-də
cmdHes,
Caption-da ―Hesabla‖ yazmaq lazımdır. Bu qayda ilə
Name-də
cmdTem,
Caption-da ―Təmizlə‖,
Name-də
cmdSon,
Caption-da ―Son‖ yazılır. Sonra Formanın boş
yerində sol düyməni basıb Formaya ad vermək olar.
Bunun üçün Name-də
FrmİEFH,
Caption-da ―İki ədəd fərqinin hesablanması‖ yazıb enter basmaq lazımdır.
Bütün bu işlərdən sonra proqram kodu yazılır. Bunun üçün kod pəncərəsi açılır. Kod
pəncərəsi
cmdSon əmr düyməsi üzərində sol düymə ilə açılır. Bu zaman kod pəncərəsində:
Dostları ilə paylaş: