İsa Musayev, Mətləb Əlizadə


Sub Кнопка1_Щелкнут()  IEFH.Show  End



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə62/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   166
Sub Кнопка1_Щелкнут() 
IEFH.Show 
End Sub 
Yazmaq kifayətdir. 
 
5.4.7. Dəyişənin tipi, adı və qiyməti 
Prosedur dillərində olduğu kimi, obyekt-istinad dillərində, o cümlədən, Visual Basic 
dilində də dəyişənlər mühüm rol oynayır. Dəyişənlər verilənləri saxlamaq və emal etmək 
üçündür. 


83 
Dəyişənlərin hər biri öz adı ilə verilir. Bu ad dəyişənin qiymətinin saxlandığı yaddaş 
oblastını göstərir. Dəyişənin qiyməti müxtəlif tip verilənlər ola bilər. 
Dəyişənin tipi. Dəyişənin tipi verilənin tipinə görə təyin edilir. Ədədi tip dəyişənin 
qiyməti ədəddir (Byte, İnteger, Long, Single, Double). Məntiqi tip dəyişənin (Boolean
qiyməti True (doğru) və ya False (yalan), sətri tip dəyişənin (string) qiyməti isə simvollar 
ardıcıllığıdır və s. 
Dəyişənin tipi açar sözdür. Buna görə də bunlar digər sözlərdən seçilməlidir.
Müxtəlif dəyişən (verilən) tipləri üzərində müxtəlif əməllər
103
icra edilir. Müxtəlif tip 
verilənlər yaddaşda müxtəlif həcmdə yaddaş sahəsi tutur.
Dəyişənin adı. Hər bir dəyişənin adı (identifikatoru) yeganədir və o, proqramın gedişi 
prosesində dəyişə bilməz. Dəyişənin adı müxtəlif simvollardan (latın və rus hərflərindən, 
rəqəmlərdən və s.) təşkil edilə bilər. Lakin dəyişənin adı yalnız hərflə başlamalıdır və adda 
nöqtə işarəsindən istifadə etmək olmaz. Adın uzunluğu 255 simvoldan çox olmamalıdır. 
Ədədi dəyişəni, məsələn, A və ya Число adlandırmaq, sətri dəyişəni A və ya Строка 
adlandırmaq mümkündür. Visual Basic dilində tam ədədi dəyişənin adı intA və ya
intЧисло, sətri dəişənin adı strA və ya strСтрока kimi yazılır. 
Dəyişənin tipinin elan edilməsi. Həm proqramçı, həm də kompüter bilməlidir ki
dəyişənin tipi hansıdır. Buna görə də dəyişənin tipi elan edilir. Bunun üçün dəyişəni təyin 
edən operatordan istifadə edilir. Bu operatorun sintaksisi aşağıdakı kimidir: Dim 
Dəyişənin Adı [As ТипПеременной]. 
Bir operatorla bir neçə dəyişəni elan etmək olar: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin