İsa Musayev, Mətləb Əlizadə


 Visual Basic dilində dialoq pəncərələri və fayllarla iş



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə68/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   166
 
5.4.10. Visual Basic dilində dialoq pəncərələri və fayllarla iş 
Visual Basic dilindəki funksiyalar.
Proqramlaşdırma dilindəki funksiya anlayışı riyaziyyatdakı funksiya anlayışına 
yaxındır. Funksiyanın bir və ya bir neçə arqumenti ola bilər. Çoxarqumentli funksiyada 
arqumentlər vergüllə ayrılır: FunksiyaAdı (ArqumentlərSiyahısı).
Arqumentlərin hər yığımına funksiyanın bir qiyməti uyğun gəlir. Aqumentlərin 
qiymətləri verildikdə proqramlaşdırmada deyirlər ki, funksiya öz qiymətini alır (qaytarır). 
106
əgər mənimsətmə operatorunun qarşısında, yəni bərabərliyin sağ tərəfində hesablanacaq ifadə varsa
hesablamanın nəticəsi


89 
Funksiyalar adətən ifadələrin tərkibinə daxil olur. Funksiyaların müxtəlif tipləri vardır: 
verilən tiplərinin dəyişdirilməsi funksiyaları, riyazi funksiyalar, sətri funksiyalar, maliyyə 
funksiyaları, tarix funksiyaları və s. Funksiyanın tipi arqumentin və funksiyanın özünün 
aldığı mümkün qiymətlərlə təyin edilir. 
Verilən tiplərinin dəyişdirilməsi funksiyaları. Bunlar veriləni bir tipdən başqa tipə 
çevirir. 
Val funksiyası. Bu, sətrin qiymətini ədədə çevirir. Val (Sətir$) kimi yazılır. Yəni 
bunun arqumenti sətir, qiyməti isə ədəddir. Məsələn, Val (―2012‖) funksiyasının qiyməti 
2012-dir. Bu funksiya mətn sahələrinin Text xassəsinin sətri qiymətlərini ədədə çevirmək 
və onların üzərində hesabi əməllər aparmaq üçün istifadə edilir.
İndi Val funksiyasından istifadə etməklə, ―adi kalkulyator‖ proqram əlavəsi yarat-
mağa çalışaq. Bu proqram əlavəsi 10-luq tam ədədlər üzərində hesab əməlləri icra etməli 
və nəticələri formanın mətn sahələrinə çıxarmalıdır. Sözü gedən proqram əlavəsinin qrafik 
interfeysini yaratmaq üçün forma üzərində 3 mətn sahəsi
107
və toplama, çıxma, vurma, 
bölmə və işin bitməsi kimi əməlləri reallaşdıran 5 hadisəvi prosedur düymələri yerləşdirək.
Bunun üçün: 
1. Yeni layihə yaratmalı. Forma üzərində 3 mətn sahəsi və 5 düymə yerləşdirib 
aşağıdakı adları mənimsətməli: txt1, txt2, txt3, cmdPlus, cmdUmn, cmdDelen, cmdExit. 
cmdPlus_Click proseduru txt1txt2 mətn sahələrindəki Text xassəsinin ədədi 
qiymətlərini toplayıb txt3 mətn sahəsinə çıxarmalıdır. Bu, aşağıdakı proqram kodu ilə 
reallaşdırılır: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin