104
1.
Fayllar dispetçeri
117
. Fayl strukturlarına xidmət üzrə icra edilən əməliyyatların
əksəriyyəti
118
bunların köməyi ilə icra edilir. Baza
proqram vasitələri sistem
səviyyəsinin proqramlarının tərkibində yerləşir və əməliyyat sistemi ilə birgə
yüklənir.
2.
Verilənlərin sıxılması vasitələri
119
. Bunlar arxiv yaratmaq üçündür.
Arxiv
fayllarındakı informasiya daha sıx yerləşdiyindən
120
informasiya daşıyıcısından
121
daha səmərəli isttifadə etməyə imkan verir.
3.
Diaqnostika vasitələri. Bunlar proqram və aparat təminatlarının diaqnostikası
proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin
düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir.
4.
Proqramların qurulması
122
vasitələri. Bunlar cari proqram konfiqurasiyasına yeni
proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr proqram
təminatının ətraf mühitinin vəziyyətini və burada
baş verən dəyişikliyi izləyir,
əlavəetmə ilə əlaqədar olaraq yeni yaranan əlaqələri və ləğvetmə ilə bağlı olaraq
itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetməəməllərinin idarə edilməsi
üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır. Lakin bu məqsəd üçün
əlavə xidmətedici proqramlardan da isstifadə etmək mümkündür.
5.
Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək,
elektron poçtla
xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə
tutulmuşdur.
6.
Baxış və təkraryaratma vasitələri. Bunlar əsasən fayllarla işləmək üçün, onları öz
―doğma‖ proqramlarına (məsələn, mətn sənədini Word-ə) yükləmək və lazımi
düzəlişlər etmək üçündür. Əgər redaktə işi lazım deyilsə,
mətn üçün verilənlərə
universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri mövcuddur.
7.
Kompüter təhlükəsizliyi vasitələri. Bunlara: verilənlərin pozulmasına, onlara
icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə
edilən aktiv və passiv vasitələr aiddir. Passiv
müdafiə vasitələri dedikdə,
117
fayl menecerləri
118
faylın surətinin çıxarılması, yerinin
dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların)
yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s.
119
arxivatorlar
120
yazıldığından
121
yaddaşdan
122
installaşdırılması
105
nüsxələşdirici, yəni ehtiyat nüsxə yaradan xidmətedici proqramlar nəzərdə tutulur.
Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir.
Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslann xüsusi
sistemlər mövcuddur.
Dostları ilə paylaş: