117
proqramların icrasının idarə edilməsi;
yaddaşın idarə edilməsi;
giriş-çıxışın idarə edilməsi;
fayl sisteminin idarə edilməsi;
kəsilmələrin emalı;
kompüterin aparat qurğularının idarə edilməsi;
istifadəçilər və proqramlarla qarılıqlı fəaliyyət (ƏS-nin istifadəçi interfeysi);
çoxməsələli rejim;
çoxistifadəçili rejim;
ƏS-in kompüterə yüklənməsi
ƏS-in komponentlərinin qoşulub-açılması;
ƏS parametrlərinin sazlanması;
Kompüter cərəyana qoşularkən ƏS-in yüklənməsi;
Kompüter qurğularının cari konfiqurasiyasının avtomatik təyini;
Kompüterin qurğularının və ƏS-in funksional altsistemlərinin testləşdirilməsi və
mümkün pozuntuların düzəldilməsi;
Kompüter resurslarının
145
proqramlar arasında paylanması;
Kompüterin təhlükəsiz işləməsi
146
;
Bir neçə proqram və ya istifadəçi tərəfindən birgə istifadə
edilən verilənlərin
düzgünlüyünün təmin edilməsi.
Proqramların icrasının və yaddaşın idarə edilməsi ƏS-in əsas funksiyasıdır.
Çoxməsələli rejimdə ƏS aşağıdakılara imkan verməlidir:
Bir neçə proqramın paralel
147
icrası;
Tapşırıqların
148
icra növbəliliyinin yaradılması;
Prosessor və yaddaş resurslarının proqramlar arasında
bölünməsi və xarici
qurğulara müraciət ardıcıllığının təmin edilməsi.
145
operativ yaddaşın, prosessorun vaxtının, xarici yaddaşın, periferiya qurğularının və s.
146
bir istifadəçi və ya proqram tərəfindən istifadə edilən yaddaşın digər istifadəçi və ya proqram müda-
xiləsindən qorunması
147
psevdoparalel
148
daha doğrusu, proqramların
118
Çoxistifadəçili rejim verilənlərlə bir-neçə istifadəçinin
paralel işləməsini nəzərdə
tutur. Odur ki, ƏS bu rejimdə əlavə olaraq aşğıdakılara da imkan verməlidir:
Prosessor və yaddaş resurslarının və xarici qurğulara müraciət ardıcıllığının
istifadəçilərin prioriteti üzrə bölünməsinin təmin edilməsi;
Bir istifadəçinin verilənlərinə başqa istifadəçinin
müdaxilə etməsinə imkan
verilməməsi.
Vaxt bölgüsü rejimi vaxt kvantları ilə işləməyi nəzərdə tutur. Belə ki,
bu rejimdə
çoxsaylı proqram və istifadəçilərə öz prioritetlərinə uyğun ardıcıllıqla imkan yaradılır və
onlara yalnız bir kvantlıq xidmət göstərilir. Növbəti kvantda yarımçıq
qalan məsələlər
həll edilir.
Dostları ilə paylaş: