122
maskalanmış və maskalanmamış olur. Maskalanmamış sorğular prosessora ayrıca
xətlə
verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan sorğu maskalanmamış sorğu-
dur. Bu sorğular yüksək prioritetə malikdir. Cərəyanda baş verən dəyişiklik informasiya
itkisinə səbəb ola bildiyindən, xüsusi qəza halları üçün nəzərdə
tutulan tutum filtrləri
vardır ki, bu da informasiya itkisi təhlükəsini xeyli azaldır. Maskalanmış sorğular xarici
qurğulardan daxil olur və növbədənkənar əməliyyat icrasına icazə istəyir. Prosessor cari
işi yarımçıq qoyub həmin əməlin icrasına keçir və sonra yarımçıq qalmış iş davam
etdirilir.
6.3.6. Qrafik interfeysli əməliyyat sistemləri
UNİX Əməliyyat sistemi
UNİX digər sistemlərdən müsbət mənada fərqlənən ƏS-dir. Bunun təməlində
proses
konsepsiyası dayanır.
Proses dedikdə, işə buraxılmış proqramın
155
ixtiyari nüsxəsi
nəzərdə tutulur.
UNİX baxımından, hər bir proses öz virtual kompüterində icra edilən və
öz virtual yaddaşından istifadə edən proqramdan ibarətdir. Bir
proses digər prosesi işə
qoşa bilir. Bu halda hansı prosesin hansı kompüterdə getməsi vacib deyil.
UNİX-də
proseslərarası informasiya mübadiləsi üçün paralel hesablamaları sinxronlaşdıran siqnal-
lar, semoforlar, proseslərarası kanallar, ötürmə növbələri, paylanmış
yaddaş kimi geniş
imkanlar mövcuddur. Siqnallar proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor
prosesdaxili dayanma və davametmə işini icra edir. Proseslərarası kanallar proseslər
arasında informasiya mübadiləsini reallaşdırır. Bir prosesin nəticələri kanala yazılır ki,
digər proses onu kanaldan oxusun. Lakin bu zaman kənar
proseslər həmin kanala
müdaxilə edə bilmirlər. Proseslərarası kanaldan fərqli olaraq,
ötürmə növbələri bütün
proseslər üçün açıqdır. Paylanmış yaddaş iki prosesin yaddaşdan şərikli istifadəsi
imkanıdır. Yəni, eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.
UNİX nüvədən (
Kernel), əmr interpretatorundan (
Shell)
və xidməti proqramlardan
(utilitlərdən) ibarətdir.
UNİX utilitləri 5 qrupa bölünür:
Fayl sistemini idarə edən utilitlər;
Prosesləri idarə edən utilitlər;
Kommunikasiyaları idarə edən utilitlər;
155
UNİX-də proqram dedikdə, sadəcə, kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur.
123
Xidməti proqramlar kitabxanası;
Proqramlaşdırma mühiti.
Nüvə 4 hissədən ibarətdir:
Yaddaşı idarə edən;
Fayl sistemini idarə edən;
Sistem resurslarını yerləşdirən;
Müdaxilə hüququ verən hissə.
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən sorğu cədvəlləri əsasında işləyir.
Dostları ilə paylaş: