İsa Musayev, Mətləb Əlizadə


Windows Əməliyyat sistemi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə95/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   166
Windows Əməliyyat sistemi 
Bu ƏS-i də Microsoft firması İBM PC fərdi kompüterləri üçün işləyib hazırlamışdır.
Windows MS DOS-a nisbətən daha geniş imkanlara malikdir və istifadəçilər üçün daha 
rahatdır. Bu, Apple firmasının maşınlarını yaradanlar tərəfindən düşünülmüş prinsiplərə 
əsaslanır. Faktiki olaraq Windows fərdi kompüterlər üçün qrafik standarta çevrilmişdir. 
Windows MS DOS-dan köklü fərqlənən prinsiplərə əsaslanır. MS DOS peşəkar üçün 
idisə, Windows peşəkar olmayan üçündür. Windows-un əsas fərqləndirici cəhəti cari 
momentdə işləyən proqramların və ƏS-in monitor ekranında ―pəncərə‖ adlanan xüsusi 
qrafik obyekt kimi təsviridir. Bu o deməkdir ki, Windows çoxməsələli sistemdir. Lakin 
burada da hər bir vaxt momentində yalnız bir proqram işləyir. Bununla yanaşı, operativ 
yaddaşda olan bir proqramdan digərinə keçmək üçün ―pəncərə‖ni dəyişmək kifayətdir. 
Windows-un əsas üstünlüyü münasib istifadəçi interfeysidir. Burada əmri MS DOS-dakı 
kimi mətni sətr şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mışla seçilir. Kompü-
terin interfeysin dizaynı baxımından fərdiləşdirilməsi imkanı da Windows-un vacib 
üstünlüklərindəndir. Windows-da işçi stol konsepsiyası mühüm rol oynayır. Çünki 
istifadəçi işçi stolun məzmununu özü tərtib edə bilir. İstifadəçi proqramlarla yazı masası 
üzərindəki sənədlərlə işlədiyi kimi işləyir. Windows-un çox mühüm xüsusiyyətlərindən 
biri də işin çoxvariantlı təşkili imkanıdır. Kimə necə münasibdir, elə işləyir. Tez-tez rast 
gələn əməliyyatlar piktoqrafik menyüdə əyaniləşdirilmişdir. Tipik əməliyyatlardan biri 
Alt, Shift, Ctrl kimi registr dəyişən düymələrlə digər düymələrin kombinasiyasından
156
istifadə edilməsidir. 
156
isti düymələrdən


124 
Windows – inteqrasiya edilmiş sistemdir. Buraya xüsusi təyinatlı proqramlar: mətn 
və qrafik redaktorlar, sazlama proqramları, çap proqramları və s. daxildir. Windows-da 
hazırlanan bir sənədin müxtəlif hissələri müxtəlif proqram əlavələrinin köməyi ilə yerinə 
yetirilə bilir. Məsələn, Word mətn redaktorunda hazırlanmış mətnə Paintbrush qrafik 
redaktorunda hazırlanmış şəkli obyekt formasında daxil etmək mümkündür. Şəkildə 
dəyişiklik etmək üçün onun üzərində mışın sol düyməsinin ikiqat sıxılması kifayətdir. 
Windows sistemi həqiqətən çoxməsələli ƏS deyildir. Burada bəzi sistem cədvəlləri 
bütün icra edilən məsələlər üçün ümumidir. Bu, eyni zamanda bir neçə proqramın paralel 
icrasına imkan vermir. Windows çoxlu cari informasiyanı operativ yaddaşda saxladığın-
dan, kompüteri lazımi qaydada söndürmək tələb olunur. Windows 32 mərtəbəli ƏS-dir. 
Windows-da müxtəlif proqramların əlaqələndirilməsi üçün mübadilə buferi (Clipboard
vardır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin