126
Sənədlərin pəncərələri. Sənəd pəncərəsi sənədlərlə
işləmək üçündür və proqram
əlavələrinin pəncərəsi daxilində ―yaşayır‖. Proqram əlavələrinin pəncərəsində olan
düymələr eyni ilə sənəd pəncərəsində də vardır. Sənəd pəncərəsi aktiv və passiv ola bilir.
Aktiv pəncərənin sərlövhəsi göy, passivinki boz olur.
Menyü. Qrafik interfeysin əsas elementlərindən biri də menyüdür.
Menyü tematik
cəhətdən qruplaşdırılmış əmrlərin siyahısından ibarətdir. İstənilən əmri seçmək
mümkündür. Menyü əmrindən sonra 3
nöqtə varsa, dialoq paneli açılır ki, bu da əlavə
informasiya almağa imkan verir.
Dialoq paneli. Dialoq paneli cürbəcür elementlərdən təşkil oluna biləndir.
Dialoq
panelinin imkanlarına fayl axtarışı timsalında baxaq.
İçliklər. Dialoq panelindəki boş sətirlərə içlik deyilir.
Əmr düymələri. İcra ediləcək əmr düymənin üstündə yazılıb.
Mətn sahələri. Buna bəzən redaktə sahəsi də deyilir. Müəyyən mətni daxil etməyə
imkan verir.
Siyahılar. Müəyyən saylı kəmiyyətlərin seçilməsinə imkan verir. Açılan siyahılar sağ
ucunda aşağıya yönəlmiş ox (üçbucaq) olan içlik və ya mətn sahəsidir.
Dəyişdirici açarlar. Bunlar bir-birini inkar edən iki variantdan birini seçməyə imkan
verir. Kiçik
ağ dairənin içində nöqtə varsa, həmin əmr qoşulmuşdur,
yoxdursa,
qoşulmamışdır.
Bayraqlar. Bu, hər hansı bir parametrə müəyyən qiymət vermək üçündür. Bayraq quş
qoymaq kimi işləyir.
Sayğaclar. Sayğaclar bir cüt üçbucaq (ox) şəklindədir, parametri artırıb-azaltmaq
üçündür. Məsələn, səhifənin solundan boş buraxılan sahəni artırıb-azaldan üçbucaqlar.
Sürünkəclər. Bunlar müəyyən parametrin (məsələn, səsin)
sürüşən qaydada dəyiş-
dirilməsi üçündür.
Dostları ilə paylaş: