İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə98/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   166
Aidi (kontekst) menyü. Windows əməliyyat sistemində istifadə edilən obyekt-istinad 
yanaşması disklərə, qovluqlara və fayllara obyekt kimi baxmağa imkan verir. Obyektlər 
müəyyən xassələrə malikdir və onların üzərində müəyyən əməliyyatlar aparmaq mümkün-
dür.


127 
Məsələn, sənədlər
157
müəyyən həcmə malik olur, onların üzünü köçürmək, yerini və 
adını dəyişmək mümkündür. Pəncərənin ölçüsü var və bu ölçünü dəyişmək olar. 
Hər bir obyektin özünəməxsus konkret xassələri olsa da və bunların üzərində fərqli 
əməliyyatlar icra edilsə də obyektlərlə iş texnologiyasının interfeysi universaldır. 
Obyektlərin xassələri və bu xassələr üzərində aparılması mümkün olan əməllər barədə 
informasiya almaq üçün aidi menyüdən istifadə edilir. Aidi menyü mışın sağ düyməsi ilə 
açılır. 
6.4. Windows 7 
?????? 
 
6.5 İnformasiya təhlükəsizliyi 
 
6.5.1. Kompüter virusları  
 
Kompüter viruslarının tipləri. İlk kompüter virusları epidemiyası 1986-cı ildə baş 
vermişdir. O zaman Brain virusu ilk kütləvi fərdi kompüterlərin disketlərini ―yoluxdur-
muşdu‖. Hal-hazırda kompüter şəbəkələri ilə yayılan və müxtəlif əməliyyat sistemləri ilə 
işləyən kompüterləri yoluxduran 10 minlərlə virus məlumdur.
Kompüter virusunun əsas xassəsi çoxalmaq (özünü nüsxələşdirmək) qabiliyyəti və 
fayla, disklərin yükləyici sektorlarına və sənədlərə özünü yazarkən istifadəçinin sezə 
bilməməsidir.
Kompüter yoluxduqdan sonra virus aktivləşib kompüteri arzuolunmaz işlər görməyə 
sövq edir. Virusun aktivləşməsi müxtəlif hadisələrlə, məsələn, müəyyən tarixin, həftənin 
gününün, proqramın işə buraxılmasının, sənədin açılmasının başlanğıcı ilə bağlı ola 
biləndir. Aktivləşən virus proqramı və veriləni məhv edə bilir. 
Fayl virusları, yükləyici viruslar, makroviruslar və şəbəkə virusları vardır ki, bunlar 
da təhlükəsiz, təhlükəli və çox təhlükəli növlərə bölünür. 
Fayl virusları. Fayl virusları icra edilən fayllara (proqramlara) müxtəlif üsullarla 
daxil olaraq aktivləşirlər. Yoluxmuş proqram işə buraxıldıqdan sonra virus operativ 
yaddaşa düşərək digər faylları da yoluxdurur. Lakin fayl virusları verilənlər fayllarını 
(məsələn, şəkil və səs fayllarını) yoluxdura bilmir.
Fayl viruslarından profilaktik müdafiənin yolu şübhəli mənbələrdən daxil olan 
fayllardan istifadə etməmək və antivirus proqramı ilə yoxlama aparmaqdır.
157
Proqram əlavəsinin köməyi ilə emal edilən istənilən fayl sənəd adlanır. 


128 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin